sa sa sa

1. Elmlər doktoru alimlik dərəcəsi almaq üçün təqdim edilmiş doktorluq dissertasiyası iddiaçının müstəqil elmi işi olaraq aşağıdakı tələblərdən birinə cavab verməlidir:

1.1. İddiaçının apardığı elmi tədqiqatlar və araşdırmalar mühüm sosial-mədəni və ya iqtisadi əhəmiyyət kəsb edən yeni və böyük elmi problemin həllini təmin edir;

1.2. Dissertasiya işində müvafiq elmi sahənin perspektiv inkişafı üçün böyük nailiyyət hesab edilə bilən yeni nəzəri müddəalar işlənib hazırlanır;

1.3. Elmi-texniki tərəqqini sürətləndirməyə əhəmiyyətli töhfə verən, elmi cəhətdən əsaslandırılmış iqtisadi, texniki və texnoloji işləmələr həll olunur;

1.4. İddiaçı fəlsəfə doktorluğu dissertasiyasının müdafiəsinə çıxardığı elmi müddəaları və nəticələri doktorluq dissertasiyasının müdafiəsinə çıxara bilməz;

2.   Fəlsəfə doktorluğu alimlik dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya iddiaçının müstəqil elmi işi olaraq aşağıdakı tələblərdən birinə cavab verməlidir:

2.1. dissertasiyada müvafiq elm sahəsi üçün böyük əhəmiyyət kəsb edən hər hansı məsələnin yeni həlli təklif olunur;

2.2. böyük tətbiqi əhəmiyyəti olan iqtisadi, texniki və texnoloji işləmələrin təkmilləşdirilmiş elmi şərhi verilir.

3.  Fəlsəfə doktorluğu alimlik dərəcəsinin iddiaçıları Komissiya tərəfindən müəyyən edilmiş qaydada ixtisas fənnindən (dissertasiya iki ixtisas üzrə hazırlandığı hallarda həmin ixtisas fənlərinin hər birindən) namizədlik imtahanları verməlidirlər.

 Fəlsəfə doktoru və ya elmlər doktoru alimlik dərəcəsi iddiaçılarının hazırladıqları dissertasiyanın profili üzrə elm sahəsində ali təhsilləri olmadıqda, onlar həmin elm sahəsinin ümumelmi əsaslarından əlavə namizədlik imtahanı verməlidirlər. Tibb və baytarlıq elmləri üzrə yalnız bu sahələrdə ali təhsili olan şəxslər namizədlik və doktorluq dissertasiyası müdafiə edə bilərlər. Pedaqoji elmlər namizədi alimlik dərəcəsi iddiaçılarının ali məktəbdə aldığı ixtisas üzrə təhsil sahəsində pedaqoji stajı iki ildən az olmamalıdır. Doktorluq imtahanları verildiyi tarixdən altı il ərzində etibarlı sayılır. İxtisas fənni üzrə doktorluq imtahanı dissertasiyanın müdafiəsi keçiriləcəyi təşkilatda verilir. Doktorluq imtahanlarının keçirilməsi ilə bağlı xərcləri nəzdində imtahan komissiya yaradılan müəssisə (birlik, təşkilat) ödəyir. Doktorluq imtahanlarının proqramı və imtahanların aparılma qaydası Komissiya tərəfindən təsdiq edilir. Dissertasiyanın müdafiəsi üçün birdəfəlik dissertasiya şurasının yaradılması nəzərdə tutulduğu hallarda ixtisas imtahanının veriləcəyi təşkilatı komissiya müəyyən edir.

4. Alimlik dərəcəsinin iddiaçıları dissertasiyanı xüsusi hazırlanmış əlyazması şəkilində təqdim edirlər.

5. Dissertasiya müəllifin təkbaşına yazdığı və açıq müdafiə üçün irəli sürdüyü elmi müddəaların və nəticələrin məcmusunu əhatə edən elmi işdir. Dissertasiya daxili vəhdətə malik olmalı, müəllifin elmə şəxsən verdiyi töhfəni əks etdirməlidir.

Müəllif tərəfindən təklif olunmuş yeni nəticələr ciddi əsaslandırılmalı, mövcud faktlarla və elmi baxışlarla müqayisədə tənqidi qiymətləndirilməlidir. Tətbiqi əhəmiyyətə malik dissertasiyada müəllif tərəfindən alınmış elmi nəticələrin praktikada tətbiqi barədə məlumat, nəzəri əhəmiyyətə mailik olan dissertasiyalarda isə elmi nəticələrin tətbiqi ilə əlaqədar tövsiyələr verilməlidir.

Dissertasiya Komissiya tərəfindən müəyyən edilmiş qaydalara uyğun tərtib edilir.

6. Dissertasiyaların mövzuları, bir qayda olaraq, müvafiq elm sahələri üzrə kadr hazırlamaq səlahiyyətinə malik (aspiranturası və doktoranturası olan) elmi müəssisələrin və ali məktəblərin əsas elmi tədqiqat işlərinin istiqamətlərinə, habelə Azərbaycan Milli Elmlər Akademiyası Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının müəyyən etdiyi istiqamətlərə uyğun olmalı, həmin müəssisələrin və ali məktəblərin fakültələrinin elmi (elmi-texniki) şuralarında hər bir iddiaçı üçün ayrılıqda təsdiq olunmalıdır.

Mövzuların təsdiqi ilə eyni zamanda iddiaçının elmi rəhbəri (namizədlik dissertasiyası üzrə) və ya elmi məsləhətçinin təyin olunması barədə istəyinə uyğun olaraq elmi məsləhətçisi (doktorluq dissertasiyası üzrə) təyin olunur.

Dissertasiya üzrə tədqiqat işlərinin iki müxtəlif təşkilatda və ya iki ixtisas üzrə aparılması planlaşdırıldıqda, elmlər doktoru, yaxud elmlər namizədi alimlik dərəcəsinə malik iki rəhbər təyin edilə bilər.

7. Dissertasiyaların əsas elmi nəticələri onun ilkin ekspertizasına qədər Azərbaycan Respublikasının elmi nəşrlərində və xarici ölkələrin nüfuzlu (beynəlxalq elmi ictimaiyyət tərəfindən birmənalı olaraq qəbul olunmuş elmi-praktiki) elmi nəşrlərində dərc olunmalıdır.

Azərbaycan Respublikasının müvafiq elmi nəşrlərinin siyahısı Komissiya tərəfindən müəyyən edilir.

Xarici ölkələrin nüfuzlu elmi nəşrlərində xarici dildə dərc edilmiş dissertasiyanın əsas elmi nəticələrinin Azərbaycan dilində qısa xülasəsi Komissiyaya təqdim edilməlidir.

Dissertasiyaların elmi nəticələrinin elmi nəşrlərdə dərc olunması ilə bağlı tələblər Komissiya tərəfindən müəyyən edilir.

8. İddiaçıların fəlsəfə doktorluğu dissertasiyalarının nəticələrinə dair ən azı beş, o cümlədən xarici ölkələrdə nəşr olunan nüfuzlu jurnallarda bir, doktorluq dissertasiyalarının nəticələrinə dair isə ən azı iyirmi, o cümlədən xarici ölkələrdə nəşr olunana nüfuzlu jurnallarda humanitar və ictimai elmlər üzrə üç, təbiət elmləri üzrə isə altı məqaləsi dərc edilməlidir. Doktorluq dissertasiyalarının müdafiəsi üçün iddiaçıların ümumiləşdirici işlərinin, humanitar və ictimai elmlər üzrə isə monoqrafiyanın olması zəruridir.

Dissertasiyanın əsas elmi nəticələrini əks etdirən dərc olunmuş işlərə, əlavə olaraq ixtiralar haqqında müəlliflik şəhadətnamələri, sənaye nümunələri və patentlər, ümumrespublika və beynəlxalq konfrans və simpoziumların nəticələri üzrə dərc olunmuş məruzə və tezislər, elektron elmi nəşrlər də aiddir.

Ümumrespublika konfrans və simpoziumlarının nəticələri üzrə dərc olunmuş məruzə və tezislərə, habelə elektron nəşrlərə dair tələblər Komissiya tərəfindən müəyyən edilir.

9. Dissertasiyanın yazılışı zamanı iddiaçı iqtibas etdiyi materialların mənbələrinə və müəlliflərinə istinad etməlidir.

Kollektiv müəlliflərə mənsub olan elmi ideya və işləmələrdən istifadə edilirsə, iddiaçı bu barədə dissertasiyada qeyd etməlidir. Müəllifinə və ədəbiyyatına istinad olunmayan özgənin materiallarından istifadə edildikdə, baxılma mərhələsindən asılı olmayaraq dissertasiyanın ekspertizası dayandırılır və iddiaçıya həmin mövzu üzrə təkrar müdafiə hüququ verilmir.

Plagiatlıq faktı təsdiq edilmiş işdə aşkarlandıqda, alimlik dərəcəsinin verilməsi haqqında qərar rəyasət heyəti tərəfindən ləğv edilə bilər.

Azərbaycan Respublikası Prezidentinin 
2003-cü il 21 fevral tarixli, 857 nömrəli 
fərmanı ilə təsdiq edilmişdir 

3 mart 1915-cİ İldə NASA-nın əsası qoyulmuşdur
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR