sa sa sa
1. İddiaçının ərizəsi

2. İş yerində təsdiq olunmuş, üzərində fotoşəkil olan kadrların şəxsi uçot vərəqi – 2 nüsxə

3. Dissertasiya mövzusunun AR Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasında təsdiq olunması haqqında protokoldan çıxarış - 2 nüsxə 

4. Dissertasiyanın mövzusunun və elmi rəhbərin (məsləhətçinin) təsdiq olunması haqqında protokoldan çıxarış - 2 nüsxə

5. Doktorluq imtahanlarının verilməsi haqqında vəsiqə (fəlsəfə doktoru alimlik dərəcəsinin iddiaçıları üçün) - 2 nüsxə

6. Dissertasiyanın cildlənmiş nüsxələri - zəruri sayda və avtoreferatın əlyazması (dissertasiyanın bütün nüsxələrinin titul vərəqini və avtoreferatın əlyazmasının üz qabığını iddiaçı imzalayır)

7. Fəlsəfə doktoru alimlik dərəcəsi iddiaçıları üçün ali təhsil haqqında diplomun (xaricdə, o cümlədən MDB ölkələrində təhsil almış şəxslər üçün əlavə olaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyindən verilmiş ekvivalentlik haqqında şəhadətnamənin) təsdiq edilmiş surəti - 2 nüsxə

Elmlər doktoru alimlik dərəcəsinə iddia edən şəxslər üçün fəlsəfə doktoru diplomunun (alimlik dərəcəsinin xaricdə, o cümlədən MDB ölkələrində almış şəxslər üçün əlavə olaraq, Komissiya tərəfindən verilmiş ekvivalentlik haqqında sənədin – diplomun) təsdiq edilmiş surəti - 2 nüsxə

8. Dissertasiya işinin yerinə yetirildiyi və ya iddiaçının təhkim olunduğu təşkilatın rəyi (2 nüsxə), rəyin müzakirə olunduğu iclasın protokolu (2 nüsxə), resenzentlərin yazılı rəyləri (hər birindən 1 nüsxə) və müzakirənin gedişinin videoçəkilişi yazılmış kompakt disklər - 2 nüsxə

Rəy kafedra (laboratoriya, bölmə, şöbə) iclasının və ya seminarın protokolundan çıxarış şəklində tərtib edilir, təşkilatın rəhbəri tərəfindən təsdiq olunur və ona təşkilatın möhürü vurulur. 
Protokol iclasın sədri və katibi tərəfindən imzalanır, onların imzası təşkilatın elmi katibi tərəfindən müvafiq qaydada təsdiq olunur.

9. İddiaçının elmi-pedaqoji və istehsalat fəaliyyəti haqqında xasiyyətnamə - 2 nüsxə
Xasiyyətnamə əsas iş yerindən verilir, təşkilatın (müəssisənin) rəhbəri tərəfindən imzalanır, gerbli möhürlə təsdiqlənib, tarix qoyulur.

10. Elmi rəhbərin (məsləhətçinin) rəyi - 2 nüsxə

11. Dissertasiyanın mövzusuna dair dərc olunmuş elmi əsərlərin siyahısı - 2 nüsxə

12. Dissertasiya mövzusuna dair dərc olunmuş məqalələr, konfrans materialları və onların elektron surətləri (mündəricat daxil olmaqla), monoqrafiya və kitablar ayrıca qovluqda təqdim edilir - 2 nüsxə.

Xaricdə çap olunmuş işlərin dərc olunduğu elmi nəşrlərin əsli təqdim edilməlidir. Elmi nəşrlərin əsli olmadıqda məqalənin surətinə nəşrin internet saytının dəqiq ünvanını əks etdirən yazılı məlumat əlavə edilməlidir və bu internet ünvan elmi işlərin siyahısında göstərilməlidir. 
17 MAY – ELMİ-PRAKTİKİ KONFRANS
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR