sa sa sa

Fərhad Firudin oğlu Yusifov 1982-ci ildə anadan olmuşdur.

2004-cü ildə Azərbaycan Dövlət Neft Akademiyasının ”İstehasal Proseslərinin Avtomatlaşdırılması” fakültəsini bitirmiş, “İnformatika və hesablama texnikası” istiqaməti üzrə magistr dərəcəsi almışdır. 

 2005-ci ildən İnformasiya Texnologiyaları İnstitutunda işləyir. 

2009-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda 3338.01 – Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi ixtisası üzrə “Loq-fayllar əsasında İnternetdən istifadənin analizi üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işi müdafiə etmiş və texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.

E-dövlətin yaradılması və inkişafının elmi-nəzəri əsaslarının işlənməsi, e-dövlətin qurulması proseslərinin təşkili və idarə olunması mexanizmlərinin işlənməsi istiqamətində araşdırmalar aparır.

2011-2012-ci illərdə əməkdaşlıq və təcrübə mübadiləsi məqsədilə 1 il müddətində Hradec Kralove Universitetində (Çex Respublikası) elmi ezamiyyətdə olmuşdur. 

2012-ci ildə LaSalle Ramon Llull Universitetində (İspaniya) “Open Minded Project Management” layihələrin idarə olunması istiqaməti üzrə kursu bitirmişdir.

2017-ci ildə “İKT bilik mübadiləsi proqramı 2017” (ICT Knowledge Sharing Program 2017)  çərçivəsində 2 ay müddətində Elektronika və Telekommunikasiya Elmi-Tədqiqat İnstitutunda (Electronics and Telecommunications Research Institute (ETRI), Cənubi Koreya) işləmişdir.

AMEA İnformasiya Texnologiyaları İnstitutunun nəzdində fəaliyyət göstərən Dissertasiya şurasının üzvüdür.

2012-2017-ci illərdə İnstitutda fəaliyyət göstərən Gənc Alim və Mütəxəssislər Şurasının sədri olmuşdur.

İnstitutda nəşr olunan “İnformasiya Texnologiyaları Problemləri” və “İnformasiya Cəmiyyəti Problemləri” jurnallarının redaksiya heyətinin üzvüdür.

2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən dosent elmi adına layiq görülmüşdür.

Çapdan çıxmış elmi əsərlərin ümumi sayı 53, xaricdə çıxmış elmi əsərlərin sayı 26-dır. 

2009-cu ildən Təhsil şöbəsinin müdiri vəzifəsində çalışır.  

Elmi əsərləri haqqında məlumat.

 

Xidməti tel.: (994 12) 5101260
Faks: (994 12) 5396121
Elektron poçtu: ph.d@iit.science.azfarhadyusifov@gmail.com
AzTV, "ELM VƏ İNNOVASİYA" verilişi, (44-cü buraxılış)
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR