sa sa sa

Əfruz Muxtar qızı Qurbanova 1962-ci ildə anadan olmuşdur. 

1984-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) “Tətbiqi riyaziyyat” fakültəsini bitirmiş və təyinatla Azərbaycan Elmlər Akademiyasının Avtomatlaşdırılmış İdarəetmə Sistemləri şöbəsinə işə qəbul olunmuşdur. 1984-cü ildən 2018-ci ilə qədər proqramçı, elmi işçi, sektor müdiri vəzifələrində çalışmışdır.

Milli terminoloji informasiya sisteminin yaradılması üçün metod və alqoritmlərin işlənməsi istiqamətində elmi araşdırmalar aparır.

 

 Elmi-praktiki fəaliyyəti:

  1. AMEA-nın www.science.az portalının və institutun www.ict.az saytının yaradılmasında iştirak etmişdir. www.science.az portalının informasiya təminatına rəhbərlik etmişdir. 
  2. Azərbaycanda formalaşan e-elm mühiti çərçivəsində veb-infrastrukturun və onun əhatə etdiyi veb-saytların yaradılması ilə bağlı elmi-metodiki dəstəyin həyata keçirilməsində, həmçinin müxtəlif müəssisələrin veb-saytlarının yaradılmasında iştirak edir.
  3. Virtual məkanda Azərbaycan dilinin vəziyyəti, istifadə səviyyəsi araşdırılmış, lazımi tövsiyələr verilmişdir.
  4. Virtual məkanda Azərbaycan dilinin təsbit olunması və onun terminoloji bazasının qorunması ilə əlaqədar təkliflər verilmişdir.
  5. Terminoloji informatikanın formalaşma mərhələləri və müasir vəziyyəti, bu sahədə aparılan tədqiqatlar araşdırılmış və onun inkişaf istiqamətləri müəyyənləşdirilmişdir.
  6. Predmet sahəsinin terminlərinin semantik şəbəkəsinin avtomatik qurulması texnologiyaları təhlil edilmiş, terminlərarası semantik əlaqələr gücünün hesablanması metodu təhlil edilmiş və tətbiqi əsaslandırılmışdır.
  7. Terminoqrafiyanın perspektiv istiqamətləri müəyyənləşdirilmiş, onlarda kompüterləşmənin üstünlükləri göstərilmişdir. Leksikoqrafik və  terminoqrafik işlərin avtomatlaşdırılması prosesləri analiz edilmiş, bu istiqamətdə böyük həcmli terminoloji informasiyanın yığılması və sürətli emalına imkan verən terminoloji verilənlər bazasının yaradılmasının zəruriliyi əsaslandırılmışdır.
  8. Milli Terminoloji İnformasiya Sisteminin konseptual modeli işlənilmiş və veb-portalı yaradılmışdır.
  9. Milli terminoloji informasiya mühitində OLAP (Online Analytical Processing) texnologiyasının istifadəsilə qərarların qəbulunu dəstəkləyən sistem işlənilmişdir.

30-a yaxın elmi əsərin müəllifidir. Onlardan 10-u nüfuzlu elmi jurnallarda nəşr olunmuşdur.

İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində pedaqoji fəaliyyət göstərir.

Hazırda şöbənin baş mütəxəssisi vəzifəsində çalışır.  

 Elmi əsərləri haqqında məlumat.

 

Xidməti tel.: (994 12) 5371896
Ev tel.: (994 12) 4219007
Elektron poçtu: afruz@iit.science.azafruz1961@gmail.com 

 

27 MART - AZƏRBAYCANDA ELM GÜNÜDÜR
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
"İNFORMASİYA TEXNOLOGİYALARI"
NƏŞRİYYATI
ELMİ JURNALLAR
İNFORMATİKA TERMİNLƏRİNİN
İZAHLI LÜĞƏTİ
İnformatika Terminlərinin İzahlı Lüğəti