Əfruz Qurbanova

Əfruz Muxtar qızı Qurbanova 1962-ci ildə anadan olmuşdur. 

1984-cü ildə Azərbaycan Dövlət Universitetinin “Tətbiqi riyaziyyat” fakültəsini bitirmişdir. Həmin il təyinatla AEA-nın Avtomatlaşdırılmış İdarəetmə Sistemləri şöbəsinə göndərilmiş, proqramçı kimi fəaliyyətə başlamışdır. 1984-cü ildən 2004-cü ilə qədər proqramçı, elmi işçi vəzifələrində çalışmışdır. 

AMEA-nın www.science.az portalının yeni versiyasının və institutun www.ict.az saytının yaradılmasında iştirak etmişdir. www.science.az portalının informasiya təminatına rəhbərlik etmişdir. 

Azərbaycanda formalaşan e-elm mühiti çərçivəsində veb-infrastrukturun və onun əhatə etdiyi veb-saytların yaradılması ilə bağlı elmi-metodiki dəstəyin həyata keçirilməsində, həmçinin müxtəlif müəssisələrin veb-saytlarının yaradılmasında iştirak edir. 

 Azərbaycanda terminoloji informasiya sisteminin yaradılması üçün metod və alqoritmlərin işlənməsi istiqamətində elmi araşdırmalar aparır. 11 elmi məqalənin və 1 ekspress-informasiyanın  müəllifidir.

 İnstitutun Tədris-İnnovasiya Mərkəzində pedaqoji fəaliyyət göstərir. 

 2005-ci ildən institutda sektor müdiri vəzifəsində çalışır.  

 Elmi əsərləri haqqında məlumat.


 

Xidməti tel.: (994 12) 5371896
Ev tel.: (994 12) 4219007
Elektron poçtu: afruz@iit.ab.az, afruz1961@gmail.com 

 

.