sa sa sa

Ramiz Məhəmməd oğlu Alıquliyev 20 mart 1961-ci ildə Bərdə rayonunda anadan olmuşdur. 

1983-cü ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) “Tətbiqi riyaziyyat” fakültəsini bitirmişdir. 

1983-1988-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutunda,

1988-2002-ci illərdə Riyaziyyat və Mexanika İnstitutunda işləmişdir.

2003-cü ildən AMEA İnformasiya Texnologiyaları İnstitutunda işləyir. 

2002-ci ildə AMEA Riyaziyyat və Mexanika İnstitutunda "01.01.02 (1211.01) - Diferensial tənliklər" ixtisası üzrə “Cırlaşan ikinci tərtib elliptik tənliklərin həllərinin keyfiyyət xassələrinin tədqiqi” mövzusunda namizədlik (fizika-riyaziyyat elmləri üzrə) dissertasiyasını müdafiə etmişdir. 

2010-cu ildə AMEA Kibernetika İnstitutunda “05.13.01 (3338.01) – Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə “Mətn tipli informasiyanın intellektual analizi üçün metodlar və alqoritmlər” mövzusunda doktorluq (texnika elmləri üzrə) dissertasiyasını müdafiə etmişdir. 

2017-ci ildə “İnformatika” ixtisası üzrə AMEA-nın müxbir üzvü seçilmişdir.

Tədqiqat maraqları: data mining; big data analitika; text mining; klasterləşdirmə; təsnifatlandırma; sosial şəbəkələrin analizi; elektron dövlətin analizi; elmmetriya; paylanmış hesablamalar; neyron şəbəkələr; genetik alqoritmlər; qarışqa alqoritmləri; diferensial təkamül alqoritmləri; arı alqoritmləri; particle swarm optimization (“sürü” intellekti əsasında optimallaşdırma) alqoritmləri. 

Əsas elmi nailiyyətləri:

  • Mətnlərin avtomatik referatlaşdırılması və klasterləşdirilməsi üçün bir sıra optimallaşdırma modelləri təklif etmişdir. Optimallaşdırma modellərinin həlli üçün diferensial təkamül, qarışqa və particle swarm optimization alqoritmlərinin yeni variantlarını işləmişdir.
  • Müxtəlif növ plagiatlığı (sözbəsöz, cümlələrin parafraz edilməsi, sözlərin işlənmə ardıcıllığının dəyişdirilməsi və cümlələrin transformasiyası yolu ilə köçürmə) aşkarlamaq üçün cümlələrin sintaktik və semantik analizinə əsaslanan metodlar təklif edilmişdir.
  • Mətnlərin məzmun yaxınlığını hesablamaq üçün yeni ölçülər daxil etmişdir.
  • Referatlaşdırma məqsədilə mətndən semantik yükə malik cümlələrin seçilməsinə imkan verən çoxkriteriyalı optimallaşdırma modelləri təklif etmiş və optimallaşdırma modellərinin həlli üçün alqoritmlər işləmişdir.
  • Linqvistik biliklərdən və sözlərin semantik şəbəkəsindən istifadə etməklə mətnlərin sorğu əsasında (istifadəçiyönümlü) referatlarının avtomatik yaradılması və intellektual təhsil sistemlərində tələbələrin referat yazma strategiyalarının sintaktik və semantik səviyyələrdə qiymətləndirilməsi üçün metodlar təklif etmişdir.
  • Veb-səhifələrin ranqının hesablanması üçün PageRank və HITS alqoritmlərinin modifikasiyalarının ümumiləşmiş variantını təklif etmiş və qarışqa alqoritmi işləmişdir.
  • Loq fayllar əsasında veb-istifadəçilərin aktivliyinin öyrənilməsi və maraq dairəsinin avtomatik identifikasiyası üçün modellər və alqoritmlər təklif etmişdir.
  • Qlobal şəbəkə qovşaqlarında CDN (Content Delivery Network – kontenti çatdırma şəbəkəsi) serverlərin və veb-kontentlərin optimal yerləşdirilməsi üçün modellər təklif etmişdir.
  • Qeyri-bircins kompüter şəbəkəsi mühitində qeyri-bircins məsələlərin optimal paylanması üçün model və genetik alqoritm təklif etmişdir.
  • Tam ədədli xətti və kvadratik proqramlaşdırma məsələlərinin və Korteveqa-de Friz-Bürgers tənliyi üçün qarışıq məsələnin neyron şəbəkədə həll alqoritmlərini təklif etmişdir.
  • Elmi əsərlərin, jurnalların və tədqiqatçıların elmi fəaliyyətinin qiymətləndirilməsi üçün indeks və metodlar təklif etmişdir.
  • Veb-də elmi tədqiqatçıların və təşkilatların sosial şəbəkəsinin sintezi üçün metodlar təklif etmişdir. Sosial şəbəkələrdə aktorların ranqlaşdırılması üçün alqoritm işləmişdir.
  • Personalın çoxmeyarlı qiymətləndirilməsi üçün qeyri-səlis VIKOR metodunun effektiv və qeyri-səlis TOPSIS metodunun çəkili varantlarını təklif etmişdir.
  • Viki və elektron dövlət mühitlərində gizli sosial şəbəkələrin aşkarlanması üçün yanaşma və metodlar təklif edilmişdir.
  • Böyük həcmli verilənlərin (Big Data) klasterizasiyası üçün effektiv alqoritmlər işləmişdir.
  • Böyük həcmli verilənlərdə anomaliyaların aşkarlanmsı üçün metodlar işləmişdir.
  • Mətnlərin sorğu əsasında (istifadəçiyönümlü) referatlarının avtomatik yaradılması üçün cümlələrin sentiment, semantik və sintaktik analizinə əsaslanan metodlar təklif etmişdir. 

İnstitutun Tədris-İnnovasiya Mərkəzində doktorant və dissertantlara “İnformatika” fənnini tədris edir, texnika, fizika və riyaziyyat istiqaməti üzrə kuratorluq fəaliyyətini həyata keçirir. 

175 elmi əsərin müəllifidir. 125 əsəri xaricdə (ABŞ, Almaniya, Böyük Britaniya, Cənubi Koreya, Çin, Fransa, Hindistan, İsveçrə, Latviya, Niderland, Rusiya, Sinqapur, Ukrayna və s. ölkələrdə) çap edilmişdir. 

37 əsəri Web of Science (Clarivate Analytics) və 55 əsəri isə Scopus (Elsevier) bazasında indeksləşən jurnallarda və konfrans materiallarında çap edilmişdir.

8 jurnalın redaksiya heyətinin üzvüdür:

  • Problems of Information Technology

            http://jpit.az/en/http://ict.az/az/http://ict.az/az/content/1

  • Problems of Information Society

            http://jpis.az/en/http://ict.az/az/http://ict.az/az/content/1

  • TWMS Journal of Pure and Applied Mathematics

            http://iam.bsu.edu.az/en/http://ict.az/az/http://ict.az/az/content/editorial_board15102009015658

  • International Journal of Information Processing and Management

            http://www.globalcis.org/ijipm/home/editors.html

  • Turkish Journal of Mathematics & Computer Science

            http://dergipark.gov.tr/tjmcs/board

  • Communications

            http://communications.science.ankara.edu.tr/index.php?series=A2A3&link=400

  • International Journal of Mathematical Research

            http://www.conscientiabeam.com/journal/24/editorial-board.html

  • Selforganizology

            http://www.iaees.org/publications/journals/selforganizology/editorial.asp

Web of Science və Scopus bazalarında indeksləşən 30-dan çox jurnalın rəyçisidir.

Beynəlxalq və respublika səviyyəli konfransların proqram və təşkilat komitəsinin üzvü olmuşdur.

Iki fəlsəfə doktoru hazırlamışdır. Hazırda 5 doktorant və dissertantın elmi rəhbəridir.

Prezident İlham Əliyevin 6 fevral 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycanda informasiya-kommunikasiya və kosmik sənaye sahələrinin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib. 

2013-cü ildə “İKT ili” çərçivəsində Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birgə keçirdiyi "3-cü birgə İKT üzrə mükafat müsabiqəsi"ndə “Mətn tipli sənədlər çoxluğunun referatlaşdırılması üçün öz-özünə adaptiv mutasiya və krossover parametrli diferensial təkamül alqoritmi” məqaləsi İKT sahəsində dərc olunmuş ən yaxşı elmi işlərə görə 1-ci yerə layiq görülüb.

2005-ci ildə AMEA-nın Fəxri Fərmanı ilə təltif edilmişdir.

Hal-hazırda institutda şöbə müdiri vəzifəsində çalışır. 

 

 

Xidməti tel.:

(994 12) 5104399

Faks:

(994 12) 5396121

Mobil tel.:

(994 70) 3619597

Elektron poçtu: 

r.aliguliyev@gmail.com , a.ramiz@science.az 

18 oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR