sa sa sa

Əlövsət Qaraca oğlu Əliyev 8 yanvar 1956-cı ildə anadan olmuşdur. 
• 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin “Tətbiqi riyaziyyat” fakültəsini bitirərək təyinatla Azərbaycan Elmlər Akademiyası Kibernetika İnstitutunda işə qəbul olunmuşdur. 1982-1987-ci illərdə AEA Avtomatlaşdırılmış İdarəetmə Sistemləri şöbəsində proqramçı, mühəndis, aparıcı mühəndis, 1988-ci ildən qrup rəhbəri, 1989-cu ildən sektor müdiri, 1990-cı ildən laboratoriya müdiri vəzifələrində işləmişdir. 

 • 1982-ci ildə Azərbaycan Elmlər Akademiyası Kibernetika İnstitutunun aspiranturasına daxil olmuş və 1986-cı ildə dissertasiya müdafiə etmişdir. O, 08.00.13 – “İqtisadi tədqiqatlarda, planlaşdırma və idarəetmə proseslərində riyazi üsulların və hesablama texnikasının tətbiqi” ixtisası üzrə iqtisad elmləri namizədi (iqtisad üzrə fəlsəfə doktoru) və 2003-cü ildən 05.13.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə dosentdir. 

 • 1977-1990-cı illər ərzində “RAİS-Azərbaycan” sisteminin layihələndirilməsi və yaradılması ilə bağlı, eləcə də həmin sistemin müvafiq sahə alt sistemlərinin işlənilməsi sahəsində bir sıra mühüm işlərin məsul icraçısı və rəhbəri olmuşdur. 

 • 1991-2000-ci illərdə müxtəlif təyinatlı-idarəetmə, iqtisadiyyat, ekoloji, tibbi informasiya sistemlərinin yaradılması, informasiya-kommunikasiya texnologiyaları sahəsinin iqtisadi-riyazi problemləri, makroiqtisadi proseslərin formalaşması və tənzimlənməsi, həmçinin bir sıra sosial və təhsil sahələrində yeni informasiya texnologiyalarının tətbiqinin səmərəliliyinin yüksəldilməsi məsələləri, informasiya-kommmunikasiya texnologiyaları bazarının vəziyyətinin təhlili və onun inkişaf perspektivinin müəyyənləşdirilməsi və s. kimi məsələlərlə məşğul olmuş və elmi-tədqiqat işi aparmışdır. 

• 2000-ci ildən sonrakı müddət ərzində İnformasiya Cəmiyyətinin iqtisadiyyatının formalaşması problemləri, informasiya iqtisadiyyatının (İİ) makro, mikro,regional sahə səviyyəsində xüsusiyyətləri, İİ-nın mövcud vəziyyətinin qiymətləndirilməsi, iqtisadi proseslərdə və idarəetmə orqanlarında informasiya kommunikasiya texnologiyalarının (İKT) tətbiqi xüsusiyyətləri, sosial-iqtisadi sistemlərdə informasiyalaşma problemləri, informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri əsasları, İKT sahəsinin göstəricilər sisteminin müəyyənləşdirilməsi, cəmiyyətdə rəqəmsal fərqliliyi yaradan səbəblərin araşdırılması, innovasiya və biliklər iqtisadiyyatının əsaslarının öyrənilməsi, humanitar sahələrin informasiyalaşma problemləri, İKT-nin humanitar aspektləri, İKT-yönümlü milli innovasiya sisteminin formalaşdırılması və inkişafı problemləri, texnoparkların, innovasiya zonalarının yaradılması, idarə olunması modelləri elmi tədqiqat işlərinin kommersiyalaşdırılması, iqtisadiyyatın yaşıllaşdırılması, İKT əsasında inklüzivlik və təhlükəsizlik səviyyəsinin yüksəldilməsi, dayanıqlı və davamlı iqtisadi inkişaf problemləri və s. kimi məsələlərlə məşğul olur, elmi-tədqiqat işləri aparır. “E-Azərbaycan” Dövlət Proqramının işlənilməsində, informasiya cəmiyyəti (İC), İnformasiya iqtisadiyyatı və İKT üzrə göstəricilər və kriteriyalar sisteminin işlənməsində və bir sıra normativ-hüquqi sənədlərin hazırlanmasında fəal iştirak etmişdir. 

 • 1987-1994-cü illərdə ADNA-da baş müəllim və dosent, 1993-1996-cı illərdə Azərbaycan Ictimai-Siyasi Universitetində dosent, 1996-2011-ci illərdə "Ekonomiks" təhsil mərkəzində rəhbər və dosent, 2007-2008-ci illərdə BDU-da dosent, 2003-2008-ci illərdə AMEA İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində humanitar bölmənin kuratoru, sonrakı illərdə isə dosent kimi fəaliyyət göstərmişdir. Bunlarla yanaşı o, İnformasiya cəmiyyətinin, informasiya və biliklər iqtisadiyyatının formalaşması problemlərinin nəzəri və praktiki tədqiqi ilə, eləcə də İnformasiya cəmiyyəti şəraitində elektron-kommersiya, yaşıl, inklüziv, kibertəhlükəsiz texnologiyalarının tətbiqi vəziyyətinin təhlili və onun inkişafı üçün müvafiq infrastrukturun formalaşması, Azərbaycanda MİS-in formalaşması, texnoparkların yaradılmasının və fəaliyyətinin təşkili modelləri və mexanizmlərinin işlənilməsi ilə, "Sosial-iqtisadi sahələrdə informasiya kommunikasiya-texnologiyalarının tətbiqi" ixtisasları üzrə tədrisin həyata keçirilməsi məsələləri ilə məşğuldur. 

 • 2006-2017-ci illərdə AMEF-in, İİN-nin, RİTN-nin, Təhsil Nazirliyinin bir sıra layihələrində iştirak etmişdir. ARDNŞ, eləcə də respublikanın bəzi sosial-iqtisadi müəssisələri ilə, həmçinin İran, Türkiyə, Rusiya, Belorus, Qazaxıstan, Özbəkistan və Gürcüstanın bəzi elm-təhsil müəssisələri ilə AMEA İTİ-nin İKT-nin tətbiqinə dair birgə əməkdaşlıq çərçivəsində elmi dəstək verilməsi istiqamətində müvafiq əlaqələndirici işləri yerinə yetirir. 

 • Onun rəhbərliyi ilə bir neçə doktorant və dissertant müvafiq sahədə aktual dissertasiya mövzuları üzərində işləyirlər. 

 • Azərbaycanda İnformasiya  Cəmiyyətinin və İnformasiya iqtisadiyyatının formalaşmasına və ölkədə vətəndaş cəmiyyətinin inkişafına köməklik göstərir və bir sıra ictimai layihələrin yerinə yetirilməsində iştirak edir. 

 • Elmi əsərlərinin ümumi sayı 270, o cümlədən elmi jurnallarda dərc olunmuş məqalələrin sayı 75-dir (xaricdə dərc olunmuş jurnal məqalələri-25;  respublikada dərc olunmuş jurnal məqalələri-50),  konfrans materiallarının sayı 161-dir (beynəlxalq səviyyəli konfrans materialları-101:  xaricdə-34; respublikada-67), respublika səviyyəli konfrans materialları 66-dir, elmi-kütləvi jurnal və qəzet materiallarının sayı 25-dür, 5 kitabın müəllifidir.

  İC və İKT üzrə əksər beynəzxalq və respublika konfranslarında iştirak etmiş və elmi məruzə ilə çıxış etmişdir. 

 • Elmi-kütləvi jurnallarda və qəzetlərdə nəşr olunmuş İKT, İC-nin və İİ-nin aktual problemlərinə həsr olunan məqalənin müəllifidir. 

 2002-ci ildən institutda şöbə müdiri vəzifəsində çalışır və institutun Tədris-İnnovasiya Mərkəzində magistrlərə, doktorant və dissertantlara İKT, İC-nin və İnformasiya və innovasiya iqtisadiyyatının aktual problemləri üzrə mühazirələr oxuyur.  

 Uzunmüddətli elmi və elmi-təşkilati fəaliyyətinə görə  AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin və AMEA Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunub. 

 • Web of Science (WOS), Scopus və digər beynəlxalq bazalarda indeksləşdirilmiş 15-dən çox elmi nəşri vardır.

 

Elmi əsərləri haqqında məlumat

 

Xidməti tel.: (994 12) 5397226
Ev tel.: (994 12) 3760000
Mobil tel.: (994 50) 3221006
Elektron poçtu: alovsat@iit.science.azalovsat_qaraca@mail.ru

 

AzTV, "Elm və İnnovasiya" verilişi, (57-ci buraxılış)
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR