sa sa sa

AMEA İnformasiya Texnologiyaları İnstitutunda Lyubyana Universitetinin (Sloveniya) "Kompüter və informatika elmləri" fakültəsinin professoru İvan Bratko ilə görüş keçirilib. Xarici İşlər Nazirliyinin Sloveniyadakı nümayəndəsi Azər Xudiyev və institut alimlərinin iştirak etdiyi görüşün keçirilməsində əsas məqsəd müvafiq sahədə əməkdaşlıq perspektivlərinin müzakirəsi olub. 

İvan Bratko Lyublyana Universitetinin süni intellekt, kompüter bilikləri və informatika laboratoriyasının müdiridir. O, universitetdə informatika fənninin tədrisi ilə məşğuldur. Maşın təlimi sahəsində tədqiqatlar aparan professor 200-dən çox elmi iş və kitabın müəllifidir. 

Görüşdə intellektual robotların proqram təminatı və tibb sahəsində maşın təlimi metodlarının tətbiqi üzrə birgə layihələrin həyata keçirilməsi, smart elektron dərsliklərin hazırlanmasına dair dünya təcrübəsinin öyrənilməsi, birgə seminarlar və videokonfransların təşkilinin zəruriliyi və digər məsələlər müzakirə olunub. 

Həmçinin Lyubyana Universiteti ilə İKT sahəsində əməkdaşlıq üzrə fəaliyyət planına dair fikir mübadiləsi aparılıb, Anlaşma Memorandumu üçün hazırlıq işlərinin görülməsi qərara alınıb. 

27 MART - AZƏRBAYCANDA ELM GÜNÜDÜR
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
"İNFORMASİYA TEXNOLOGİYALARI"
NƏŞRİYYATI
ELMİ JURNALLAR
İNFORMATİKA TERMİNLƏRİNİN
İZAHLI LÜĞƏTİ
İnformatika Terminlərinin İzahlı Lüğəti