sa sa sa

AMEA İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) Cənubi Koreyanın “Hallym” Universitetinin dosenti, elm və texnologiya siyasəti üzrə məsləhətçi, professor Tae Canq Hanq ilə görüş keçirildi. İnstituta ezam olunmuş koreyalı alim, texnika üzrə fəlsəfə doktoru Tae Vun Kanqın iştirakı ilə keçirilən görüşün əsas məqsədi müvafiq sahədə birgə layihələrin həyata keçirilməsi və əməkdaşlıq perspektivlərinin müzakirəsi idi. 

Öncə qonaq AzScienceNet Monitorinq və Təhlükəsizlik Xidməti, Verilənlərin Emalı Mərkəzi (DATA Center), Tədris-İnnovasiya və Distant Tədris mərkəzləri, o cümlədən müasir texnologiyalarla təchiz olunmuş auditoriyalarla yaxından tanış oldu. 

Qonağa institutun əsas fəaliyyət istiqamətləri, müxtəlif xarici universitet və elmi-tədqiqat institutları ilə əməkdaşlıq əlaqələri və həyata keçirilən innovativ layihələr haqqında ətraflı məlumat verildi. 

Görüşdə İTİ-nin Koreyanın Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA), Milli Tədqiqat Fondu (NRF) və digər elmi qurumları ilə əlaqələrinin mövcud vəziyyəti və əməkdaşlıq perspektivləri müzakirə olundu. 

Koreyalı professor Azərbaycanla birgə MDB-yə üzv olan və Avropa Birliyi ölkələri ilə elmi-texniki sahədə layihələrin həyata keçirilməsində maraqlı olduğunu bildirdi. Qonaq hər iki ölkənin müvafiq institut və təşkilatlarının davamlı birgə fəaliyyətinin təşkili və Koreya təcrübəsinin öyrənilməsi istiqamətində təmsil etdiyi qurumun instituta hər zaman köməklik göstərməyə hazır olduğunu qeyd etdi. 

AzTV, "ELM VƏ İNNOVASİYA" verilişi, (45-ci buraxılış)
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR