sa sa sa

AMEA İnformasiya Texnologiyaları İnstitutunda dünyanın ən böyük elmi bazalarından olan Elseiver-in Türkiyə, İran və Orta Asiya ölkələri üzrə regional direktoru Tayfun Basal və meneceri Ayhan Saracoğlu ilə görüş keçirildi. Məqsəd Azərbaycan elminin dünya elminə inteqrasiyasında mühüm rol oynayan elmi məqalələrin dünyanın nüfuzlu, yüksək indeksli jurnallarında dərcinin təşkili və əməkdaşlıq əlaqələrinin müzakirəsi idi. 

Öncə T.Basal Elseiver-in təklif etdiyi xidmətlər haqqında qısa məlumat verdi. Elmi tədqiqatçılar üçün dəyərli informasiya mənbəyi olan bu kimi bazaların digər elmi bazalarla müqayisədə üstünlüklərindən, yaratdığı geniş imkanlardan söhbət açdı. Bildirdi ki, bu işlərin yüksək səviyyədə təşkili Azərbaycan alimlərinin fəaliyyətinin, aparılan elmi tədqiqatların dünya elmi ictimaiyyətində tanınması baxımından mühüm əhəmiyyət kəsb edir. “Hədəfimiz Azərbaycanın elm və təhsil müəssisələrinin Elseiver-in xidmətlərindən daha səmərəli istifadəsini təmin etməkdir” deyən qonaq ölkəmizdə bu elmi bazanın təcrübəsinin öyrənilməsi və onun imkanlarından istifadənin zəruriliyindən danışdı. Sözügedən nəşrlərdə məqalələrə qoyulan tələblərin öyrənilməsi məqsədilə treninq və seminarların keçirilməsinin vacibliyini nəzərə çatdırdı. 

Görüşdə həmçinin iki qurum arasında əməkdaşlıq üzrə fəaliyyət planına dair müzakirələr aparıldı, işçi qrupun yaradılması və Anlaşma Memorandumu üçün hazırlıq işlərinin görülməsi qərara alındı. 

27 MART - AZƏRBAYCANDA ELM GÜNÜDÜR
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
"İNFORMASİYA TEXNOLOGİYALARI"
NƏŞRİYYATI
ELMİ JURNALLAR
İNFORMATİKA TERMİNLƏRİNİN
İZAHLI LÜĞƏTİ
İnformatika Terminlərinin İzahlı Lüğəti