sa sa sa

AMEA İnformasiya Texnologiyaları İnstitutunda Elseiver-in idarə heyətinin sədri Yonqsuk Çinin rəhbərlik etdiyi nümayəndə heyətilə görüş keçirildi. Məqsəd İnformasiya Texnologiyaları İnstitutu ilə tanışlıq və əməkdaşlıq perspektivlərinin müzakirəsi idi. 

Öncə Y.Çi Elseiver-in əsas fəaliyyət istiqamətləri haqqında məlumat verərək elmi tədqiqatçılar üçün dəyərli informasiya mənbəyi olan bu kimi elektron kitabxanaların imkanlarından söhbət açdı. Bildirdi ki, Azərbaycan alimlərinin fəaliyyətinin, aparılan elmi tədqiqatların dünya elmi ictimaiyyətində tanınması baxımından beynəlxalq elmi bazalarla əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir. 

Görüşdə həmçinin Azərbaycanda bu sahədə mövcud vəziyyətlə bağlı müzakirələr aparıldı, Elseiver-in təcrübəsinin öyrənilməsi və onun imkanlarından istifadənin zəruriliyindən danışıldı. 

Sonra qonaqlar institutun Tədris-İnnovasiya, Multimedia və Distant Tədris mərkəzləri, AzScienceNet monitorinq və təhlükəsizlik xidməti, burada görülən işlər, həyata keçirilən layihələr, o cümlədən müasir texnologiyalarla təchiz olunmuş auditoriyalar və digər informasiya texnologiyaları ilə yaxından tanış oldular. 

AzTV, "Elm və İnnovasiya" verilişi, (51-ci buraxılış)
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR