sa sa sa

Bu günlərdə AMEA İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) olan Azərbaycan Respublikası Prezidenti yanında YUNESKO üzrə Azərbaycanın Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva İTİ-nin fəaliyyəti ilə yaxından tanış olmuşdur. 

Qonaq AzScienceNet Monitorinq və Təhlükəsizlik Xidməti, Verilənlərin Emalı Mərkəzi (DATA Center), Tədris-İnnovasiya, Distant Tədris və Multimedia mərkəzləri, o cümlədən müasir texnologiyalarla təchiz olunmuş auditoriyalarda olmuş, ona burada həyata keçirilən layihələr, mərkəzlərin fəaliyyəti ilə bağlı ətraflı məlumat verilmişdir. İnstitutun elmi-innovasiya, elmi-tədqiqat, tədris-innovasiya fəaliyyəti, İT və informasiya cəmiyyətinin aktual problemləri, yeni şəbəkə xidmətlərinin yaradılması ilə bağlı aparılan işlərdən söhbət açılmış, xüsusən də informasiya təhlükəsizliyinin təmini sahəsində innovativ və rəqabətədavamlı xidmətlərin göstərilməsinin vacib şərtlərdən olduğu bildirilmişdir. 

Tədbirdə həmçinin informasiya cəmiyyətinin əsas tələblərindən olan elektron elmin inkişaf perspektivləri, institutda bu istiqamətdə görülən işlərdən söhbət açılmışdır. Ölkəmizdə elmi islahatlar çərçivəsində həyata keçirilən və bu işdə böyük əməyi olan AMEA İnformasiya Texnologiyaları İnstitutunda e-dövlətin tərkib hissəsi olan “Elektron elm” layihəsinin məqsəd və vəzifələri haqqında ətraflı məlumat verilmişdir. Həmçinin YUNESKO ilə əməkdaşlıq əlaqələrinin gücləndirilməsinin əhəmiyyəti qeyd edilmiş, birgə layihələrin təşkilinin zəruriliyi bildirilmişdir. 

İnstitutun elmi fəaliyyətini, burada yaradılan şəraiti yüksək qiymətləndirən G.Əfəndiyeva görülən işlərin innovativ elmi nəticələrin əldə olunması baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirdi. Qonaq AMEA İnformasiya Texnologiyaları İnstitutu ilə əməkdaşlıq əlaqələrinin qurulması, birgə layihələrin təşkilində maraqlı olduqlarını da ifadə etmişdir. 

Qeyd edək ki, YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası 21 fevral 1994-cü il tarixdə Azərbaycan Prezidenti Heydər Əliyevin Sərəncamı ilə yaradılmışdır. Birləşmiş Millətlər Təşkilatının təhsil, elm və mədəniyyət qurumu olan YUNESKO-nun Nizamnaməsinin 7-ci maddəsinə görə, hər bir üzv-dövlət təhsil, elm və mədəniyyətlə məşğul olan qurumların fəaliyyətini YUNESKO-nun işi ilə əlaqələndirmək üçün ilk növbədə Milli Komissiya yaratmaq yolu ilə müvafiq tədbirlər həyata keçirməlidir. 

12 dekabr - Ümummİllİ lİder Heydər Əlİyevİn anım günüdür
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR