sa sa sa
Struktur bölmənin adı Tədris-İnnovasiya Mərkəzi
Tel.: (+994 12) 539 77 41, (+994 12) 510 07 59
E-mail: training_center@iit.science.az 
Struktur bölmənin rəhbəri:  Texnika üzrə fəlsəfə doktoru Rəsmiyyə Şərif qızı Mahmudova
Əsas elmi istiqamətləri:

 

  • İnformasiya mədəniyyətinin formalaşması və qiymətləndirilməsi problemləri;
  • Elektron vətəndaşlıq səviyyəsinin qiymətləndirilməsi problemləri;
  • Jestlərin tanınması problemləri;
  • İnklüziv təhsildə informasiya-kommunikasiya  texnologiyalarının tətbiqi məsələləri;
  • İnformatika fənninin tədrisində intellektual oyunlardan istifadə məsələləri

 

Əsas elmi nəticələri:
  •  Fərdlərin informasiya mədəniyyətinin formalaşdırılmasının elmi-nəzəri problemləri müəyyən olunmuşdur;
  • Fərdlərin informasiya mədəniyyətinin xüsusiyyətləri analiz olunmuş və yeni konsepsiyası işlənilmişdir;
  • İnformasiya mədəniyyətinin qiymətləndirilməsi üçün  iyerarxik kriteriyalar sistemi işlənmişdir;
  • Fərdlərin informasiya mədəniyyətinin çoxkriteriyalı qiymətləndirilməsi üçün qeyri-səlis VIKOR metodunun effektiv variantı təklif edilmişdir;
  • Fərdlərin informasiya mədəniyyətinin çoxkriteriyalı qiymətləndirilməsi üçün qeyri-səlis TOPSIS metodunun, çəkili variantı təklif edilmişdir;
  • Eşitmə və nitq əngəlli insanların kommunikasiyasının avtomatlaşdırılması məsələləri analız olunmuş, milli daktil əlifbanın elementlərinin kodlaşdırılması sistemi işlənmişdir;
  • Respublikamızda milli daktil əlifbanı və  jestləri tanıyan milli elektron bazanın yaradılması üçün təklif və tövsiyələr işlənmişdir;
  • Ümumtəhsil məktəblərində informatika fənninin tədrisinin keyfiyyətinin intellektual oyunlar vasitəsi  ilə  yüksəldilməsi üçün  metodika  işlənmişdir; 
  • Təklif edilmiş metodika əsasında şagirdlərin bilik və bacarıqlarının qiymətləndirilməsi üçün iyearxik  kriteriyalar sistemi işlənmişdir;
  • Təklif olunmuş metodikanın səmərəliliyinin və tətbiqi imkanlarının yoxlanılması üçün pedaqoji eksperimentlər aparılmış və nəticələr  təhlil edilmişdir.

 

 

Digər fəaliyyət istiqamətləri
  • İnformasiya texnologiyaları sahəsində bilik və bacarıqların yüksəldilməsi məqsədinə xidmət edən müxtəlif innovativ layihələr hazırlanır və həyata keçirilir;
  • Müxtəlif kompüter proqramları (proqramlaşdırma dilləri, veb-proqramlaşdırma, dizayn proqramları, riyazi proqram paketləri, müəllimlər üçün kurslar, MS Office proqramları və s.) üzrə fərdi və qrup şəklində  kurslar təşkil olunur;
  • İnstitutun magistraturasında təhsil alan tələbələrə ümumi və seçmə fənnlərin tədrisi və imtahanların təşkili işləri həyata keçirilir;
  • Müraciət əsasında vətəndaşların müxtəlif kompüter proqramları üzrə bilik səviyyəsi yoxlanılır və sertifikatlaşdırılır;
  • AMEA-nın institut və təşkilatlarında doktorant və dissertantların ixtisas fənnindən  doktorluq imtahanlarının elektron test üsulu ilə keçirilməsinə dəstək göstərilir.

 

27 MART - AZƏRBAYCANDA ELM GÜNÜDÜR
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
"İNFORMASİYA TEXNOLOGİYALARI"
NƏŞRİYYATI
ELMİ JURNALLAR
İNFORMATİKA TERMİNLƏRİNİN
İZAHLI LÜĞƏTİ
İnformatika Terminlərinin İzahlı Lüğəti