E-dövlət xidmətlərinin intellektuallaşdırılması üçün bir sıra metodlar işlənilmişdir;
E-dövlətin formalaşdırılması və səmərəli idarə olunmasının əsas prinsipləri tədqiq edilmiş və müqayisəli təhlillər aparılmışdır;
Milli e-demoqrafiya sisteminin arxitektur-texnoloji prinsipləri işlənilmiş və konseptual modeli təklif olunmuşdur;
E-dövlətin idarə edilməsində əks-əlaqə mexanizmi kimi GİS texnologiyalar və informasiya fəzasının content analizi metodları təklif olunmuşdur;
Loq-faylların analizi əsasında İnternetdə istifadənin analizi üçün metod və alqoritmlər işlənmişdir;
Spamlarla mübarizə metodları işlənilmişdir;
İnternetin hüquqi tənzimlənməsi problemləri araşdırılmış, müvafiq təkliflər işlənilmişdir;
Viki-mühitdə informasiya müharibəsi texnologiyaları analizi üçün metod və alqoritmlər işlənilmişdir;
Viki-mühitdə gizli sosial şəbəkələrin aşkarlanması üçün metod və alqoritm işlənilmişdir;
İnformasiya qarşıdurmasında multimedia resurslarının effektiv tətbiqi üçün metod və alqoritm işlənilmişdir;
Viki-mühitdə toplanmış kontentin informasiya təsirində yararlılığının təyini üçün metod və alqoritm işlənilmişdir;
İnternet-asılılıq problemləri araşdırılmış, onunla mübarizə üçün metodlar işlənilmişdir;
Əşyaların İnterneti konsepsiyasının perspektivləri və problemləri araşdırılmış, müvafiq təkliflər işlənilmişdir;
İnformasiya cəmiyyətində bazar iqtisadiyyatının transformasiyası məsələləri analiz edilmiş, müəyyən nəticələr alınmışdır;
İnternet mühitində intellektual mülkiyyət hüquqlarının qorunması problemlərinin həlli üçün təkliflər işlənilmişdir;
İnternet-medianın formalaşması məsələləri araşdırılmış, müvafiq təkliflər işlənilmişdir;
İnternetin fəlsəfi, sosial, psixoloji, siyasi, iqtisadi, mədəni və etik aspektləri analiz edilmiş, müəyyən nəticələr alınmışdır;
Azərbaycanda ilk dəfə olaraq “İnformasiya cəmiyyətinin əsasları” kursu formalaşdırılmış və 2008-2012-ci illərdə pilot layihəsi kimi Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbələrinə tədris edilmişdir.