sa sa sa

Struktur bölmənin adı

      15 saylı şöbə

Tel.

      (+994 12) 539 97 39

Faks

      (+ 994 12) 539 61 21

Elektron poçtu

      depart15@iit.science.az  

Struktur bölmənin rəhbəri 

     AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Məsumə  Hüseyn qızı Məmmədova

İşçilərin ümumi sayı

      6

Əsas fəaliyyət istiqamətləri

  • Süni intellekt və sosioinformasiya texnologiyaları problemləri;
  • Virtual məkanda Azərbaycan dilinin tətbiqi problemləri;
  • Elektron tibbin formalaşması problemləri.

Əsas elmi nəticələri

  • Qeyri-səlis relyasion strukturlu biliklərin lokal və paylanmış mühitdə emalı texnologiyasının nəzəri və metodoloji əsasları işlənilmişdir;
  • Təşkilati-idarəetmə sistemlərində fərdi və kollektiv qərarların qəbul edilməsi metodları işlənilmışdir;
  • Elmi-təşkilati fəaliyyətdə qərarların qəbulunu dəstəkləyən AZEREKS ekspert sistemi işlənilmiş və bu sistemə müəlliflik şəhadətnaməsi alınmışdır;
  • Texnoloji proseslərin intellektual idarə edilməsi üçün qeyrisəlis biliklərə əsaslanan model və sintez metodları təklif olunmuşdur;
  • Enerji sistemlərində operativ-dispetçer idarəetmə məsələlərinin həlli üçün qərarların qəbulunun intellectual dəstəklənməsi metodları işlənilmişdir;
  • Pilotaj texnikasının intellektual idarə edilməsi üçün uçuş informasiyasının emalı texnologiyası işlənilmış, pilotaj fiqurlarının tanınması və uçuş tapşırığının icra keyfiyyətinin qiymətləndirilməsi məsələləri həll edilmişdir;
  • Azərbaycan dilinin formal modelləri yaradılmış və onların əsasında linqvistik prosessor qurulmuşdur;
  • Maşın-tərcümə sistemində avtomatik lüğətin optimal strukturunun təyin edilməsi metodları işlənilmişdir;
  • Biliklər bazası və ekspert sistemləri əsasında Azərbaycan dilli mətnlərin avtomatlaşdırılmış emalının konseptual əsasları işlənilmişdir;
  • Təşkilatda personalın idarə olunmasında qərarların qəbulunun intellektual dəstəklənməsi üçün model və metodlar işlənilmişdir;
  • Demoqrafik proqnoz məsələlərinin həlli üçün “İntellektual demoqrafik proqnoz sistemi” işlənilmişdir;
  • İnsan resurslarının intellektual idarə olunmasının nəzəri və konseptual əsasları işlənilmişdir;
  • Əmək bazarında İT mütəxəssislərə tələb və təklifin intellektual idarə olunmasının nəzəri-metodoloji əsasları işlənilmişdir;
  • E-tibbin mahiyyəti, müasir vəziyyəti, elmi problemləri və perspektivləri araşdırılmışdır.

 

AzTV, "ELM VƏ İNNOVASİYA" verilişi, (45-ci buraxılış)
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR