İntellektual elektron kitabxana şəbəkələri modeli işlənmişdir;
İntellektual elektron kitabxanalarda toplanmış qeydiyyat məlumatlarının intellektual emalı və analizi məsələləri araşdırılmışdır;
Qeyri-səlis çoxluqlar nəzəriyyəsinin tətbiqi ilə çap əlyazma simvolları üçün tanıma sistemi hazırlanmışdır;
Mətnlərin klassifikasiyası üçün neyro-fazi şəbəkə əsasında alqoritm təklif olunmuşdur;
Bibliometrik üsulların tətbiqi vasitəsilə kitabxana xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, elmi tədqiqatın qiymətləndirilməsi üçün yeni indeksin işlənib hazırlanması məqsədilə elmi araşdırmalar aparılır;
Mövcud elmmetrik göstəricilərin təkmilləşdirilməsi və yeni göstəricilərin təklif olunması istiqamətində tədqiqatlar aparılır;
Elmmetriyanın, o cümlədən bibliometriya və vebometriyanın müasir vəziyyəti öyrənilmiş və elmmetrik qiymətləndirmədə istifadə olunan indekslər analiz edilmişdir;
Tədqiqatçının elmi fəaliyyətinin, elmi jurnalların və məqalələrin qiymətləndirilməsi üçün yeni metod və indekslər işlənilmişdir;
Dissertasiya işlərinin ilkin avtomatlaşdırılmış ekspertizası üçün yeni metod və alqoritmlər təklif edilmişdir;
Azərbaycanda nəşr olunan bir neçə jurnalın milli impakt faktoru hesablanmışdır;
Azərbaycanda milli antiplagiat xidmətinin yaradılması üçün təkliflər işlənilmişdir;
Elmi nəşrlərin antiplagiat sistemində unikallığının qiymətləndirilməsi üçün tövsiyələr işlənilmişdir;
Elmi əsərlərin intellektual analizi üçün DOI-nin xidmət və imkanları araşdırılmış və təhlil edilmişdir;
Jurnalogiya (akademik nəşr prosesləri) elminin aspektləri araşdırılmışdır;
Elmdə “qara bazar”ın formalaşması xüsusiyyətləri və onlarla mübarizə üsulları araşdırılmışdır.