sa sa sa

Struktur bölmənin adı

     9 saylı şöbə

Tel.

     (+ 994 12) 539 87 19,  (+ 994 12) 539 90 16

Elektron poçtu

      depart9@iit.science.az, tofig@iit.science.az 

Struktur bölmənin rəhbəri

      fizika-riyaziyyat üzrə fəlsəfə doktoru 

     Tofiq Həsənağa oğlu Kazımov

İşçilərin ümumi sayı

      10

Əsas fəaliyyət istiqamətləri

  • Biometrik texnologiyaların elmi-nəzəri problemlərinin araşdırılması;
  • Proqram mühəndisliyinin elmi-nəzəri problemlərinin araşdırılması;
  • Sensor şəbəkələrin araşdırılması problemləri.

Əsas elmi nəticələri

  • Fotoportretlər əsasında insan sifətinin tanınması metodları və identifikasiya sistemləri üzrə mövcud problemlər araşdırılmış, onların müqayisəli təhlili aparılmışdır. İnsan sifətində olan antropometrik nöqtələr seçilmiş və onların əsasında yeni həndəsi xarakteristikalar sistemi təklif edilmişdir. Həndəsi xarakteristikaların əhəmiyyətlilik dərəcəsini göstərən əmsalın hesablanması üçün metod təklif olunmuşdur;
  • İnsanın irqi və etnik mənsubiyyətinin müəyyən olunması üçün yeni metod və alqoritmlər işlənmişdir. Sifətin seçilmiş həndəsi nöqtələri və bazada olan fotoportretlərin xarakterik əlamətlərinin hesablanması alqoritmi əsasında etalon təsvirin xarakterik əlamətləri formalaşdırılmışdır. İxtiyari təsvirin xarakterik əlamətləri etnik qrupların etalon təsvirlərinin xarakterik əlamətləri ilə müqayisə edilmiş və onun mənsub olduğu etnik qrup müəyyən olunmuşdur;
  • Əl-damar izinə görə insanın tanınması üçün metod və alqoritmlər işlənmişdir;
  • Proqram mühəndisliyi sahəsində müasir vəziyyət araşdırılmış, mövcud problemlər təhlil edilmişdir. Proqram təminatının etibarlılığının yüksəldilməsinin müasir metodları təhlil edilmişdir;
  • Ad Hoc şəbəkələri üçün yeni marşrutlaşdırma alqoritmi işlənilmişdir.
12 dekabr - Ümummİllİ lİder Heydər Əlİyevİn anım günüdür
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR