İşğaldan azad olunmuş ərazilərdə rəqəmsal innovasiyaların tətbiqi məsələlərinin araşdırılması;
Yeni İKT əsaslı Texnoloji iqtisadiyyat sektorlarının formalaşması və səmərəli inkişaf istiqamətlərinin işlənilməsi;
Neft sənayesi iqtisadiyyatının kiberdayanıqlı yaşıl, inklüziv inkişafı problemlərinin həll istiqamətləri;
Qeyri-neft səaye potensialının təhlükəsizliyi və kiberdayanıqlı inklüziv inkişafı problemlərinin tədqiqi və həll istiqamətlərinin işlənilməsi;
Rəqəmsal innovasiya iqtisadiyyatın formalaşması və inkişafının kiberdayanıqlığının yüksəldilməsi istiqamətlərinin işlənilməsi.
Əsas elmi nəticələri
İnformasiya (rəqəmsal) və bilik iqtisadiyyatının formalaşma istiqamətləri təklif olunmuşdur;
İnformasiya və biliklər iqtisadiyyatının ölçülməsi üzrə kompozit indikatorlar sistemi işlənilmişdir;
Texnoparkların fəaliyyətinin təşkili və idarə olunması üzrə konseptual model və mexanizmlər təklif olunmuşdur;
Sosial iqtisadi xarakterli müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi üçün müxtəlif təyinatlı informasiya təminatı sistemlərinin yaradılması prinsipləri verilmişdir;
İnnovasiya prosesləri və strukturlarının xarakterik göstəriciləri və kriteriyaları işlənilmiş və qiymətləndirilmə metodikası verilmişdir;
İKT sahəsinin inkişafının iqtisadi göstəriciləri təhlil edilmişdir;
İqtisadiyyatın rəqəmsallaşdırılmasının perspektiv istiqamətləri təhlil olunmuşdur;
Sənaye müəssisələrinin rəqəmsal innovasiyalar əsasında effektiv fəaliyyətin təşkili problemləri araşdırılmışdır;
İnformasiya cəmiyyətində E-kommersiya texnologiyasının tətbiqi və inkişafı üzrə model və mexanizmlər işlənilmişdir;
İqtisadiyyatın yaşıl, inklüziv və kibertəhlükəsizlik texnologiyalar əsasında dayanıqlı inkişaf problemləri araşdırılmışdır;
İşğaldan azad olunmuş ərazilərdə rəqəmsal innovasiyaların tətbiqi məsələləri araşdırılmışdır.