sa sa sa

AMEA Rəyasət Heyətinin 26 sentyabr 2001-ci il tarixli qərarı ilə İnformasiya Texnologiyaları İnstitutu (İTİ) tərərfindən yaradılmış www.ab.az portalı AMEA Rəyasət Heyətinin, bölmə və şöbələrin, elmi müəssisə və digər təşkilatların, həqiqi və müxbir üzvlərin, elmlər doktorlarının fəaliyyətini əks etdirən böyük informasiya bazasına və güclü axtarış imkanlarına malik olan bir informasiya sistemidir.

Qlobal İNTERNET şəbəkəsində AMEA-nın fəaliyyəti haqqında belə bir informasiya bazasının və axtarış sisteminin istifadəyə verilməsi bir tərəfdən AMEA-nın elmi müəssisə və digər təşkilatlarının və həmin qurumda çalışan əməkdaşların bir-biri ilə informasiya mübadiləsinə, elmi işlər ilə yaxından tanış olmasına və informasiya ehtiyatlarından kütləvi istifadə etməsinə, digər tərəfdən isə onların hər birinin dünya informasiya fəzasında tanınmasına imkan yaradacaqdır.

www.ab.az portalının istismarını yüksək səviyyədə təşkil etmək məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti QƏRARA ALIR:

1. www.ab.az portalının yaradılması üzrə işlər başa çatdırılmış hesab edilsin.

2. www.ab.az portalının informasiya təminatının dolğunluğu və axtarış sisteminin işləmə prinsipi qənaətbəxş hesab edilsin.

3. Köhnə www.ab.az saytı istismardan çıxarılsın, onun yerində yeni www.ab.az portalı yerləşdirilsin və istismara verilsin.

4. www.ab.az portalının yaradılmasında iştirak edən İnformasiya Texnologiyaları İnstitutunun bütün əməkdaşlarına təşəkkür elan edilsin.

5. İnformasiya Texnologiyaları İnstitutuna (texn.e.d. R.Əliquliyev) tapşırılsın:

5.1. www.ab.az portalının sutkada 24 saatlıq iş rejimində istismarı təşkil edilsin;

5.2. AR Prezidentinin və hökumətinin respublikada elmin inkişafı ilə bağlı fərman və qərarlar və elmi-texniki tərəqqiyə aid ümumrespublika tədbirləri haqqında məlumatların portalda yerləşdirilməsi təmin edilsin;

5.3. AMEA-nın elmi-müəssisə və digər təşkilatları tərəfindən təqdim olunan informasiya www.ab.az portalında operativ yerləşdirilsin;

5.4. AMEA-nın elmi müəssisə və digər təşkilatlarının respublika miqyasında keçirilən elmi, elmi-texniki, yubiley və.s tədbirlərdə iştirakı və eləcə də elmi toplantılar və yığıncaqlar haqqında informasiyanın operativ toplanması və portalda yerləşdirilməsi təmin edilsin;

5.5. www.ab.az portalında informasiyaların daimi təzələnməsi təşkil edilsin;

5.6. www.ab.az portalının informasiya təhlükəsizliyi təmin edilsin və həmin sistem daimi təkmilləşdirilsin;

5.7. www.ab.az portalının yaradılmasında iştirak edən İTİ-nin əməkdaşları mükafatlandırılsınlar;

5.8. www.ab.az portalı dünya standartlarına uyğun yüksək texniki göstəricilərə malik şəbəkə avadanlığı və serverlə təchiz edilməsinə dair müvafiq təkliflər AMEA-nın Rəyasət Heyətinə təqdim edilsin.

6. Elmi müəssisə və digər təşkilatlarının rəhbərlərinə tapşırılsın ki, hər bir elmi müəssisə və təşkilatlarda www.ab.az portalı üçün nəzərdə tutulmuş informasiyanı İTİ-yə təqdim etmək üçün məsul şəxs təyin edilsin, ona təqdim olunan informasiya üçün cavabdehlik və aşağıdakı vəzifələr həvalə edilsin:

- təklif olunan formalara görə struktur bölmə haqqında informasiyanın İTİ-yə təqdim olunması;
- öz elmi müəssisə və digər təşkilatında struktur dəyişikliklər və ya rəhbər işçilər arasında kadr dəyişiklikləri haqqında informasiyanın İTİ-yə təqdim olunması;
- elmi müəssisə və digər təşkilatda keçirilmış tədbirlər və ya onun başqa tədbirlərdə iştirakı haqqında informasiyanın İTİ-yə təqdim olunması;
- elmi müəssisə və digər təşkilata aid bütün informasiyaların üç dildə (Azərbaycan, rus və ingilis) təqdim edilməsi.

7. İşlər idarəsinə (T.Əhmədov) tapşırılsın ki, AMEA-nın əsas binasının (H.Cavid prospekti, 31) 203 nömrəli otağında yerləşən www.ab.az portalı üçün sutkada 24 saatlıq iş rejimi təmin edilsin.

8. Qərarın icrasına nəzarət AMEA-nın birinci vitse-prezidenti akademik N.Quliyevə həvalə edilsin.

Azərbaycan MEA-nın prezidenti M.Kərimov
Azərbaycan MEA-nın akademik-katibi T.Şahtaxtinski
24 sentyabr 2003-cü il N 20/1

23 yanvar – "Trİest" batİskafı dünyanın ən dərİn nöqtəsİnə enİb
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR