sa sa sa

http://www.cabmin.gov.az/

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 1 aprel tarixli 50 nömrəli qərarı ilə təsdiq edilmişdir

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar "Biometrik informasiya haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 11 iyul tarixli 2944 nömrəli Sərəncamının 1.4-cü bəndinə əsasən hazırlanmışdır.

1.2. Biometrik informasiya xidmətləri (bundan sonra - Xidmətlər) "Biometrik informasiya haqqında" Azərbaycan Respublikasının Qanununda (bundan sonra - Qanun) nəzərdə tutulmuş biometrik identifikasiya sisteminin (bundan sonra - Sistem) vəzifələrinin aidiyyəti dövlət orqanları tərəfindən səlahiyyətləri daxilində sistemli qaydada həyata keçirilməsi üçün biometrik məlumatların növlərinə uyğun olaraq aşağıdakı sahələr üzrə təşkil olunur:

1.2.1. üz təsviri üzrə identifikasiya və müşahidə xidməti;
1.2.2. əl-barmaq və ovuc izləri üzrə identifikasiya və daktiloskopik qeydiyyat xidməti;
1.2.3. səs üzrə identifikasiya, analiz və konvertasiya xidməti;
1.2.4. kağız üzərində yazı xətti və imza üzrə identifikasiya və analiz xidməti;
1.2.5. DNT üzrə analiz və identifikasiya xidməti;
1.2.6. fərdi identifikasiya nömrəsi (FİN) ilə bağlı nəzarət və təhlükəsizlik xidməti;
1.2.7. gözün qüzehli və tor qişası üzrə identifikasiya və analiz xidməti.

2. Xidmətlərin ümumi təyinatı və təşkili

2.1. Xidmətlər biometrik fəaliyyət növlərinə müvafiq olaraq biometrik informasiya ehtiyatlarının formalaşdırılmasını, onlarda məlumatların toplanılmasını, işlənilməsini və səlahiyyətli istifadəçilər arasında mübadiləsini həyata keçirir və bu zaman aşağıdakılara riayət edilir:

2.1.1. müvafiq proqram-texniki təminat, idarəetmə və nəzarət-xəbərdarlıq, telekommunikasiya, şəbəkə və informasiya mühafizə vasitələrindən istifadə olunması;
2.1.2. istifadə edilən vasitələrin Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olması;
2.1.3. informasiya resursları üzrə dövlət reyestrindən müəyyən sahəyə aid biometrik informasiya ehtiyatları barədə istiqamətləndirici məlumatların əldə edilməsi;
2.1.4. eyni şəxs barədə müxtəlif informasiya ehtiyatlarında toplanılan biometrik məlumatların (FİN), kargüzarlıq rekvizitləri və digər vasitələrlə uzlaşdırılması;
2.1.5. müxtəlif təyinatlı informasiya ehtiyatları üzrə sorğu, identifikasiya və verifikasiya işlərinin təşkili, informasiya mübadiləsi işlərinin tamlığının və operativliyinin təmin edilməsi;
2.1.6. milli informasiya məkanında biometrik informasiya ehtiyatlarının təhlükəsizliyinin təmin edilməsi;
2.1.7. beynəlxalq biometrik informasiya ehtiyatları ilə miqrasiya sahəsində məlumat mübadiləsinin təşkili;
2.1.8. əməliyyat, elmi-tarixi və mədəni-irsi araşdırmaların aparılması, əhəmiyyətli hadisələr barədə sənədli-bədii materialların yüksək texnologiyalarla audio-vizual bərpası;
2.1.9. biometrik texnologiyalar üzrə mütəxəssislərlə təminat, mütəxəssislərin səriştələrinin artırılması üçün təlim-təcrübə mübadiləsinin təşkili.

2.2. Xidmətlərin həyata keçirilməsi üçün Sistem çərçivəsində aşağıdakı vahid prinsiplər və ümumi qaydalar müəyyən edilir:

2.2.1. insan hüquq və azadlıqlarına riayət edilməsi, sağlamlıq, şərəf və ləyaqətinin toxunulmazlığı;
2.2.2. biometrik məlumatların yalnız təyinatı üzrə toplanılması və istifadəsi;
2.2.3. qanunçuluq, konfidensiallıq, könüllülük və icbariliyin uzlaşdırılması;
2.2.4. vahid normativ-texniki tələblərin tətbiqi, prosedurların yaradılması və standartlaşdırma;
2.2.5. toplanılan informasiyanın izafiliyinə və ziddiyyətliliyinə yol verilməməsi;
2.2.6. Sistem üzrə nəzərdə tutulan layihə sənədlərinin dövlət ekspertizası və yaradılan təminat vasitələrinin sertifikatlaşdırılması;
2.2.7. nəzərdə tutulan biometrik texnologiyaların və digər təminat vasitələrinin təyinat sahəsinə uyğunluğu.

3. Üz təsviri üzrə identifikasiya və müşahidə xidməti

3.1. Üz təsviri üzrə identifikasiya və müşahidə xidməti sayəsində biometrik məlumatların pasport-viza sənədləri, şəxsiyyət vəsiqələrinin və şəxsiyyəti təsdiq edən digər müvafiq ciddi uçot sənədlərinin fərdiləşdirilməsi və onların mühafizə dərəcəsinin gücləndirilməsi ilə əlaqədar üz təsvirlərinin elektron formada çəkilib toplanılması və qeydiyyatı, şəxsin fotorobotla təsvirinin yaradılması, identifikasiya və verifikasiya işləri, bu sahədə termoqrafiyanın tətbiqi, axtarışda olan şəxsin kütləvi toplantı və gediş-gəliş yerlərində real vaxt rejimində videomüşahidə üsulu ilə tanınması, əməliyyat, elmi-tarixi və mədəni-irsi əhəmiyyətli hadisələr barədə vizual materialların toplanılması işləri həyata keçirilə bilər.

3.2. Bu xidmət sərhədkeçmə sənədi və şəxsiyyəti təsdiq edən digər sənədlərin fərdiləşdirilməsi, miqrasiya və sərhəd nəzarəti, informasiya təhlükəsizliyinin təmin edilməsi, elektron imza istifadəçisini audentifikasiya etmək və həmin şəxsə təkrarolunmaz sertifikat yaratmaq üçün onun biometrik identifikasiyası, nəzarət-buraxılış rejimlərinə və gəliş-gediş müddətlərinə nəzarətin gücləndirilməsi, ictimai asayişin qorunması və xüsusi rejimli obyektlərin mühafizəsi, əhəmiyyətli vizual materialların sənədləşdirilməsi sahələrində tətbiq oluna bilər.

4. Əl-barmaq və ovuc izləri üzrə identifikasiya və daktiloskopik qeydiyyat xidməti

4.1. Əl-barmaq və ovuc izləri üzrə identifikasiya və daktiloskopik qeydiyyat xidməti sayəsində əl-barmaq və ovuc izlərinin əksinin kriminalistik məqsədlərlə elektron formada götürülüb toplanılması və dövlət daktiloskopik qeydiyyatının aparılması, habelə sivil məqsədlərlə bu biometrik məlumatların pasport-viza sənədləri, şəxsiyyət vəsiqələrinin və şəxsiyyəti təsdiq edən digər ciddi uçot sənədlərinin fərdiləşdirilməsi və onların mühafizə dərəcəsinin gücləndirilməsi və nəzarət-buraxılış, gəliş-gediş nəzarəti sistemləri ilə əlaqədar toplanılması, identifikasiya və verifikasiya işləri, bu sahədə termoqrafiyanın tətbiqi həyata keçirilə bilər.

4.2. Bu xidmət sərhədkeçmə sənədi və şəxsiyyəti təsdiq edən digər sənədlərin fərdiləşdirilməsi, miqrasiya və sərhəd nəzarəti, informasiya təhlükəsizliyinin təmin edilməsi, fövqəladə hadisələrlə əlaqədar xilasetmə işləri, nəzarət-buraxılış rejimlərinə və gəliş-gediş müddətlərinə nəzarətin gücləndirilməsi, ictimai asayişin qorunması və xüsusi rejimli obyektlərin mühafizəsi sahələrində tətbiq oluna bilər. ¬¬¬¬¬¬

5. Səs üzrə identifikasiya, analiz və konvertasiya xidməti

5.1. Səs üzrə identifikasiya, analiz və konvertasiya xidməti sayəsində müvafiq texnoloji proseslər və idarəetmə prosesləri ilə bağlı idarəetmə, dispetçer və operator fəaliyyətləri, rəsmi tədbirlərin stenoqrafik təminatı, mühafizə tədbirləri ilə əlaqədar səs fraqmentinin elektron formada yazılıb toplanılması və qeydiyyatı, identifikasiya və verifikasiya işləri, səs fraqmentinin və onun akustik parametrlərinin analizi, informasiyanın səs formasından elektron mətn formasına konvertasiyası, həmçinin elektron formatlı yazı mətninin səsləndirilməsi işləri həyata keçirilə bilər.

5.2. Bu xidmət informasiya təhlükəsizliyinin təmin edilməsi, fövqəladə hadisələrlə əlaqədar xilasetmə işləri, nəzarət-buraxılış rejimlərinə və gəliş-gediş müddətlərinə nəzarətin gücləndirilməsi, ictimai asayişin qorunması və xüsusi rejimli obyektlərin mühafizəsi sahələrində tətbiq oluna bilər.

6. Kağız üzərində yazı xətti və imza üzrə identifikasiya və analiz xidməti

6.1. Kağız üzərində yazı xətti və imza üzrə identifikasiya və analiz xidməti sayəsində kağız üzərində yazı xəttinin və imzanın elektron formatda surətinin çıxarılıb toplanılması və qeydiyyatı, identifikasiya və verifikasiya işləri, yazı xəttinin analizi işləri həyata keçirilə bilər.

6.2. Bu xidmət şəxsiyyəti təsdiq edən sənədlərin fərdiləşdirilməsi, miqrasiya və sərhəd nəzarəti, müvafiq notariat hərəkətlərinin aparılması, ekspertiza və xüsusi rejimli obyektlərin mühafizəsi sahələrində tətbiq oluna bilər.

7. DNT üzrə analiz və identifikasiya xidməti

7.1. DNT üzrə analiz və identifikasiya xidməti sayəsində müxtəlif qəza və fəlakətlər, kriminal və fövqəladə hallar, xilasetmə və döyüş əməliyyatları ilə əlaqədar DNT analizinin aparılması, analizin nəticələrinin elektron formada toplanılması və qeydiyyatı, şəxsin və bədən əzalarının identifikasiya və verifikasiyası, xəstəlik və digər tibbi risklər üzrə ehtimalların, qohumluq əlaqələrinin qiymətləndirilməsi işləri həyata keçirilə bilər.

7.2. Bu xidmət fövqəladə hadisələrlə əlaqədar xilasetmə işləri, itkin düşmüş şəxslərin və naməlum meyitlərin müəyyənləşdirilməsi, insan, o cümlədən uşaq alveri ilə mübarizə, ictimai asayişin qorunması, milli DNT informasiya ehtiyatlarının formalaşdırılması və müvafiq elmi-tədqiqat sahələrində tətbiq oluna bilər.

8. Fərdi identifikasiya nömrəsi ilə bağlı nəzarətvə təhlükəsizlik xidməti

8.1. Fərdi identifikasiya nömrəsi (FİN) ilə bağlı nəzarət və təhlükəsizlik xidməti sayəsində pasport-viza sənədi, şəxsiyyət vəsiqəsi və şəxsiyyəti təsdiq edən digər müvafiq mühafizəli sənədləri, elektron imza vasitələrini, informasiya təhlükəsizliyi üzrə parol və qeydiyyat kodlarını almaq üçün müraciət edən eyni şəxsə texniki və ya insan amili ilə bağlı hər hansı səbəbdən müxtəlif FİN, yaxud ayrı adla sənəd verilməsi və ya FİN-in unikallığının pozulmasının qarşısının alınması, belə sənədlərdən və vasitələrdən istifadə olunması cəhdlərinin biometrik texnologiyalarla biometrik məlumatlar əsasında yoxlanılması, aşkarlanması işləri həyata keçirilə bilər.

8.2. Bu xidmət şəxsiyyəti təsdiq edən sənədlərin fərdiləşdirilməsi, miqrasiya və sərhəd nəzarəti, informasiya təhlükəsizliyinin təmin edilməsi və elektron imza vasitələrinin qeydiyyatı sahəsində tətbiq oluna bilər.

9. Gözün qüzehli və tor qişası üzrəidentifikasiya və analiz xidməti

9.1. Gözün qüzehli və tor qişası üzrə identifikasiya və analiz xidməti sayəsində gözün qüzehli və tor qişasının təsvirlərinin elektron formada çəkilib toplanılması və qeydiyyatı, identifikasiya və verifikasiya, müvafiq analizin aparılması işləri həyata keçirilə bilər.

9.2. Bu xidmət informasiya təhlükəsizliyinin təmin edilməsi, nəzarət-buraxılış rejimlərinə və gəliş-gediş müddətlərinə nəzarətin gücləndirilməsi, ictimai asayişin qorunması və xüsusi rejimli obyektlərin mühafizəsi sahəsində tətbiq oluna bilər.

10. Xidmətlərin informasiya təhlükəsizliyi

10.1. Biometrik məlumatların toplanılması, işlənilməsi və mühafizəsi qaydaları Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilir.

10.2. Dövlət sirrinə aid edilən və milli arxiv fondunda toplanılan biometrik məlumatların mühafizəsi qaydaları Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilir.

10.3. Xidmətlərin Qanunda nəzərdə tutulmuş kəşfiyyat və əks-kəşfiyyat, əməliyyat-axtarış fəaliyyəti və cinayət təqibi sahələrində tətbiq olunması ilə bağlı qaydalar Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilir.

10.4. Xidmətlərin həyata keçirilməsini təmin edən biometrik texnologiyaların və informasiya daşıyıcılarının, həmçinin müvafiq proqram-texniki təminat və idarəetmə, telekommunikasiya və şəbəkə vasitələrinin yerləşdiyi obyektlər qanunvericilikdə nəzərdə tutulmuş qaydada hüquqi, təşkilati və proqram-texniki vasitələrlə, nəzarət-xəbərdaredici sistemlərlə mühafizə olunur. Onların mühafizə səviyyəsi mütəmadi qiymətləndirilir, təhdidlər müəyyən edilir və müvafiq əks-tədbirlər işlənib həyata keçirilir.

11. Xidmətlərin tənzimlənməsi

11.1. Xidmətlərin informasiya-kommunikasiya texnologiyaları ilə əlaqədar layihə sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən dövlət ekspertizasından keçirilir.

11.2. İnformasiya ehtiyatları, o cümlədən tərkibində biometrik məlumatlar olan informasiya ehtiyatları barədə qeydiyyat-uçot işləri qanunvericilikdə nəzərdə tutulmuş qaydada təmin edilir.

11.3. Xidmətlər üzrə standartlaşdırma tədbirləri, o cümlədən müvafiq beynəlxalq standartların tətbiqi və milli standartların işlənilməsi qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirilir və aşağıdakı məsələləri nəzərə alır:

11.3.1. biometrik texnologiyaların məhsuldarlığının və digər texniki göstəricilərinin ölçülməsi standartları;
11.3.2. müxtəlif sahələrdə biometrik identifikasiya vasitələrinə tələbləri və istifadə qaydalarını müəyyən edən standartlar;
11.3.3. biometrik texnologiyaların işlənib hazırlanması üçün proqram interfeysini (API) müəyyən edən standart;
11.3.4. biometrik məlumatların mübadiləsi üçün ümumi format;
11.3.5. hər bir biometrik texnologiya üçün məlumatların təsviri və ötürülməsi standartları.

11.4. Xidmətlərin həyata keçirilməsi üçün istifadə olunan biometrik texnologiyaların, informasiya sistemlərinin, o cümlədən müvafiq proqram-texniki təminat vasitələrinin sertifikatlaşdırılması Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

11.5. Xidmətlərin həyata keçirilməsi üçün zəruri olan telekommunikasiya təminatı, elektron imza texnologiyası üzrə infrastrukturun fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada təşkil edilir.

11.6. Xidmətlərin həyata keçirilməsində istifadə olunan biometrik texnologiyaların yaradılması və həmin texnologiyalara xidmət göstərilməsi fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq həyata keçirilir.

11.7. Biometrik informasiya ehtiyatlarının və onların ehtiyat surətlərinin idarə edilməsi onların mülkiyyətçiləri tərəfindən və ya mərkəzləşmiş qaydada həyata keçirilə bilər.

11.8. Biometrik məlumatların və texnoloji informasiyanın mübadiləsi və ötürülməsi qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirilir.

11.9. Sistem çərçivəsində Xidmətlərin həyata keçirilməsinin təşkili və əlaqələndirilməsi "Azərbaycan Respublikasında biometrik eyniləşdirmə sisteminin yaradılması üzrə 2007-2012-ci illər üçün Dövlət Proqramının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 fevral tarixli 1963 nömrəli Sərəncamının 3.1-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən həyata keçirilir və dövlət büdcəsindən maliyyələşdirilir.

27 MART - AZƏRBAYCANDA ELM GÜNÜDÜR
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
"İNFORMASİYA TEXNOLOGİYALARI"
NƏŞRİYYATI
ELMİ JURNALLAR
İNFORMATİKA TERMİNLƏRİNİN
İZAHLI LÜĞƏTİ
İnformatika Terminlərinin İzahlı Lüğəti