sa sa sa

Ramiz Hüseyn oğlu Şıxəliyev 1961-ci ildə anadan olmuşdur.

1990-cı ildə Leninqrad Elektrotexnika İnstitutunun “Elektrofizika” fakültəsini bitirmişdir. 

1998-ci ildən AMEA İnformasiya Texnologiyaları İnstitutunda çalışır və kompüter şəbəkələrində informasiya təhlükəsizliyinin təmin olunmasının nəzəri problemləri ilə məşğul olur. 

2008-ci ildə "Qarşılıqlı əlaqəli korporativ informasiya fəzalarının ekranlaşdırılması metod və modellərinin işlənməsi" mövzusu üzrə dissertasiya işini müdafiə etmiş, 05.13.01 - Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi ixtisası üzrə texnika elmləri namizədi adını almışdır. 

Hal-hazırda “Kompüter şəbəkələrinin intellektual monitorinqi metod və modellərin işlənilməsi" mövzusu üzrə doktorluq dissertasiyası üzərində işləyir. 

51 elmi əsərin müəllifidir, bunlardan 16-sı xaricdə çap edilmişdir. 

2014-cü ildə “İKT ili” çərçivəsində Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondu, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birgə keçirilən qrant müsabiqəsinin qalibi olub. 

İnstitutun Tədris-İnnovasiya Mərkəzində pedaqoji fəaliyyət göstərir. 

İnstitutun nəzdində fəaliyyət göstərən dissertasiya şurasının elmi katibidir. 

2015-ci ildə uzunmüddətli elmi və elmi-təşkilati fəaliyyətinə görə AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Fəxri Fərmanı ilə təltif olunub. 

Hazırda institutda aparıcı elmi işçi vəzifəsində işləyir. 

Elmi əsərləri haqqında məlumat

 

Xidməti tel.: (994 12) 5104253
Ev tel.: (994 12) 4340676
Elektron poçtu: ramiz@science.az


 

 

18 oktyabr Azərbaycanın Dövlət Müstəqİllİyİ Günüdür
Xİdmətlər
İş fəaliyyətinizə bizimlə başlayın!
Ətraflı
Bizim yaradıcı və özünəməxsus ideyalarımıza etibar edin!
Ətraflı
Əlverişli qiymətlərə keyfiyyətli və rəngarəng nəşriyyat işləri!
Ətraflı
İT biliklərinizi inkişaf etdirərək karyeranızı dəyişin!
Ətraflı
Zəngin e-kitabxana xidmətləri!
Ətraflı
Dövrİ Nəşrlər