sa sa sa

“Azərbaycan Respublikasının dövlət orqanlarında informasiya təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin fərmanı barədə

Azərbaycan Respublikası Prezidenti “Azərbaycan Respublikasının dövlət orqanlarında informasiya təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlər haqqında” 29 dekabr 2004-cü il tarixli 172 №-li fərman imzalanmışdır. Fərmanda İnternet qlobal informasiya şəbəkəsi də daxil olmaqla, informasiya sistemləri və şəbəkələri, rabitə şəbəkələri vasitəsilə informasiya müdafiəsi həyata keçirilərkən Azərbaycan Respublikasının dövlət orqanlarında təhlükəsizliyi təmin etmək məqsədi ilə aşağıdakı bəndlərdən ibarət tapşırıqlar qəbul edilmişdir:

- Azərbaycan Respublikasının dövlət orqanları dövlət sirri təşkil edən və yayılması məhdudlaşdırılmış xidməti informasiya işlənilən, habelə məhdudlaşdırılmış daxilolma növlü informasiya ehtiyatları yerləşən informasiya sistemlərinin, rabitə şəbəkələrinin və fərdi kompüterlərin informasiya mübadiləsi üçün istifadə edilən digər informasiya sistemləri şəbəkələrinin, rabitə şəbəkələrinin, o cümlədən İnternet qlobal informasiya şəbəkəsinin (bundan sonra – İnternet şəbəkəsi) tərkibinə daxil edilməsini həyata keçirməsinlər;

- açıq dövlət informasiya ehtiyatlarının mülkiyyətçiləri həmin informasiya ehtiyatlarının informasiya mübadiləsinə daxil edilməsini yalnız informasiyanın bütövlüyünü və ona müraciəti təmin edən sertifikatlaşdırılmış informasiya mühafizəsi vasitələrindən istifadə etməklə həyata keçirsinlər;

- açıq dövlət informasiya ehtiyatlarının mülkiyyətçiləri və istifadəçiləri bu ehtiyatların İnternet şəbəkəsi də daxil olmaqla, informasiya mübadiləsi üçün istifadə edilən informasiya sistemləri və şəbəkələrinə, rabitə şəbəkələrinə qoşulan texniki vasitələrin, dövlət sirri təşkil edən məsələlərin müzakirə olunduğu və məxfi danışıqların aparılması nəzərdə tutulan yerlərdən kənarda yerləşdirilməsini həyata keçirsinlər;

- Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti Azərbaycan Respublikasının dövlət orqanları üçün İnternet şəbəkəsi seqmentinin yaradılmasını, saxlanmasını və inkişafını təmin etsin;

- Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatına, mərkəzi və yerli icra hakimiyyəti orqanlarına tapşırılsın və Azərbaycan Respublikası Milli Məclisinin Aparatına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Aparatına, Azərbaycan Respublikasının Prokurorluğuna, Azərbaycan Respublikası Ali Məhkəməsinin Aparatına, Azərbaycan Respublikası Apelyasiya Məhkəməsinin Aparatına təklif edilsin ki, İnternet şəbəkəsi ilə əlaqəni, ondan istifadəni və həmin şəbəkədə informasiyanın yerləşdirilməsini yalnız Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin sərəncamında olan Azərbaycan Respublikasının dövlət orqanları üçün İnternet şəbəkəsi seqmenti vasitəsilə həyata keçirsinlər;

- bu fərman imzalandığı gündən qüvvəyə minir.

Qeyd olunan fərmanın icrasını təmin etmək məqsədilə:

1. AMEA elmi müəssisə və digər təşkilatların rəhbərlərinə tapşırılsın ki, Azərbaycan Respublikası Prezidenti “Azərbaycan Respublikasının dövlət orqanlarında informasiya təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlər haqqında” 29 dekabr 2004-cü il tarixli 172 №-li fərman işdə rəhbər tutulsun.

2. Sərəncamın icrasına nəzarət AMEA-nın birinci vitse-prezidenti akademik N.Quliyevə tapşırılsın.

Mahmud Kərimov
AMEA-nın prezidenti
Bakı şəhəri, 10 yanvar 2005-ci il
17 noyabr – Azərbaycanın Mİllİ Dİrçəlİş Günüdür
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR