sa sa sa

RənaTofiq qızı Qasımova 1961-ci ildə anadan olmuşdur. 

1985-ci ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun “Avtomatika və hesablama texnikası” fakültəsini bitirmişdir. 

1985-ci ildə təyinatla Azərbaycan Elmlər Akademiyasının Avtomatlaşdırılmış İdarəetmə Sistemləri şöbəsinə işə qəbul olunmuşdur. 

Müxtəlif təyinatlı sistemlərin: “Auditorlar Palatası” verilənlər bazası idarəetmə sisteminin (VBİS), “Kadrlar” korporativ informasiyasi steminin yaradılması ilə məşğul olmuşdur. AMEA-nın www.science.az portalının yaradılmasında iştirak etmişdir.

Qərarların qəbul edilməsini dəstəkləmək məqsədi ilə çox ölçülü verilənlərin saxlanmasını və analizini yerinə yetirən texnologiyaların Azərbaycanda tətbiqi məsələlərini tədqiq etmişdir. Korporativ şəbəkə mühitində biliklərin idarə və əldə olunmasının (Data Mining) metod və alqoritmlərini tədqiq etmiş və paylanmış böyük informasiya resurslarına əsaslanan operativ analitik emal sistemlərində (OLAP – On-Line Analytical Processing) aqreqatlaşdırılmış verilənlərin analizi üsullarını araşdırmışdır.

Azərbaycan Respublikasının maraqlarına aid domen adları sistemi biliklər bazasının yaradılmasının elmi- nəzəri əsaslarının işlənməsi mövzusu üzərində elmi araşdırmalar aparmış və 2014-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda 3338.01 – Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi ixtisası üzrə “Milli domen adlarının intellektual monitorinqi sisteminin sintezi üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işini müdafiə etmiş və texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. Hazırda Böyük verilənlərin analitikası problemlərinin tədqiqi mövzusunda araşdırmalar aparır. Böyük verilənlərin real-vaxt ərzində emalı, analizi və idarə edilməsi prosesində problemləri tədqiq edir.

“İnternetdə domen problemləri və onların həlli yolları” kitabının müəllifidir.

Çapdan çıxmış elmi əsərlərin ümumi sayı 43, beynəlxalq elmi mətbuatda dərc edilmiş əsərlərin sayı 35-dir. 

İnstitutun Tədris-İnnovasiya Mərkəzində pedaqoji fəaliyyət göstərir. 

Hazırda institutda sektor müdiri vəzifəsində çalışır. 



Elmi əsərləri haqqında məlumat

Xidməti tel.: (+994) 012 5398548
Mobil: (994 51) 8496141
Elektron poçtu: renakasumova@gmail.com, rena.gasimova@iit.science.az 
3 mart 1915-cİ İldə NASA-nın əsası qoyulmuşdur
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR