sa sa sa




Məkrufə Şərif qızı Hacırəhimova 1956-cı ildə anadan olmuşdur. 


1978-ci ildə Bakı Maliyyə-Kredit texnikumunu bitirmiş və həmin ildə Azərbaycan Respublikası Elmlər Akademiyası Kibernetika İnstitutunun nəzdindəki Avtomatlaşdırılmış İdarəetmə Sistemləri (AİS) şöbəsində texnik vəzifəsində əmək fəaliyyətinə başlamışdır. 

1979-cu ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun “İstehsal proseslərinin avtomatlaşdırılması” fakültəsinə daxil olmuş və 1985-ci ildə həmin fakültəni bitirmişdir. Həmin ildən etibarən o, mühəndis-proqramçı kimi fəaliyyətini davam etdirmişdir. Bu dövrdə bir çox layihələrin proqram təminatının işlənməsində fəal iştirak etmiş, 1993-cü ildən etibarən böyük və aparıcı mühəndis, 2002-ci ildən 2011-ci ilə qədər sektor müdiri vəzifələrində çalışmışdır. 2011-ci ildən isə layihə baş mühəndisi vəzifəsində işləyir. İnstitutun Tədris-İnnovasiya Mərkəzində pedaqoji fəaliyyət göstərir. 

AMEA-nın www.science.az portalının yaradılmasında iştirak etmişdir. “Elektron sənədlər dövriyyəsi”, “Elektron arxiv”, “Tapşırıqların icrasına nəzarət sistemi” layihələrinin proqram təminatının müəllifidir. 

“İntellektual korporativ şəbəkə (KŞ) və sistemlərin yaradılması” istiqamətində “Elektron-dövlət çərçivəsində elektron sənədlərin intellektual emalı və dövriyyəsi sisteminin işlənilməsi” mövzusu üzərində elmi araşdırmalar aparmış və 2013-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda 3338.01 – Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi ixtisası üzrə “Elektron dövlət mühitində mətn sənədlərin intellektual idarə edilməsi üçün model və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işini müdafiə etmiş və texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 

Hazırda “Big data” problemlərinin tədqiqi və analizi istiqamətində elmi araşdırmalar aparır, “Elektron-Azərbaycan” dövlət proqramı tərkibində “E-elm” proqram layihəsinin işlənməsində fəal iştirak edir. 

2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən dosent elmi adına layiq görülmüşdür.

70-ə yaxın elmi əsərin müəllifidir. Əsərlərinin 20-dən çoxu xaricdə, bir neçəsi isə yüksək impakt faktorlu beynəlxalq jurnallarda nəşr olunmuşdur.  

Elmi əsərləri haqqında məlumat.

 

Xidməti tel.: (994 12) 5398548
Mobil tel.: (994 50) 4341917
Elektron poçtu: depart1@iit.science.azmakrufa@iit.science.az
17 MAY – ELMİ-PRAKTİKİ KONFRANS
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR