sa sa sa


Əli Məmməd oğlu Abbasov 1953-cü ildə anadan olmuşdur. 1969-cu ildə Azərbaycan Neft və Kimya İnstitutunun “İstehsal proseslərinin avtomatlaşdırılması” fakültəsinə (avtomatika və telemexanika ixtisası üzrə) daxil olmuşdur.

1972-ci ildə təhsilini davam etdirmək üçün Moskva Energetika İnstitutuna (MEİ) köçürülmüş və 1976-cı ildə MEİ-ni avtomatika və telemexanika ixtisası üzrə bitirmişdir. 

1977-1981-ci illərdə Ukrayna Elmlər Akademiyasında məqsədli aspiranturada təhsilini davam etdirmiş və 1981-ci ildə mikroelektronika sahəsində dissertasiya müdafiə edərək, texnika elmləri namizədi elmi dərəcəsini almışdır. 

1982-1992-ci illərdə Azərbaycan Elmlər Akademiyasında kompüter şəbəkələrinin işlənib hazırlanması və tətbiqi üzrə elmi-tədqiqat və praktiki işlər aparmışdır. 

1992-ci ildə Azərbaycan Elmlər Akademiyasının İnformasiya və Telekommunikasiya Elmi Mərkəzinə (indiki İnformasiya Texnologiyaları İnstitutu) direktor vəzifəsinə təyin olunmuş və bu vəzifədə 2000-ci ilə qədər çalışmışdır. Bu müddət ərzində "Respublika avtomatlaşdırılmış idarəetmə sistemləri" (RAİS-"Azərbaycan") layihəsinin rəhbəri, EARN və İNTERNET şəbəkələrinin respublika üzrə koordinatoru, NATO-nun Elm komitəsində informasiya texnologiyaları sahəsində Azərbaycan üzrə əlaqələndirici və milli əhəmiyyətli bir neçə xüsusi təyinatlı kompüter və informasiya sistemlərinin icraçısı və rəhbəri olmuşdur. Respublikamızı Avropa Elm və Təhsil İNTERNET Assosiasiyasında (TERENA) təmsil etmişdir. 

1993-cü ildə 05.13.14 - "İnformasiya emalı və idarəetmə sistemləri" ixtisası üzrə dissertasiya müdafiə etmiş və texnika elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür. 

1996-cı ildə İnformatika sahəsində professor elmi adını almışdır. 

2000-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru olmuş və eyni zamanda "Dünya iqtisadiyyatında informasiya texnologiyaları" kafedrasına rəhbərlik edir. Bu müddət ərzində Azərbaycan Elm və Təhsil üzrə kompüter şəbəkələri Assosiasiyasının (AZRENA) prezidenti kimi fəaliyyət göstərmiş, "Elm və təhsil İNTERNET şəbəkəsinin inkişafı", "Respublikada məsafədən (distant) təhsil sisteminin yaradılması", "Virtual İpək Yolu" və digər layihələrə rəhbərlik edir. 

1996-cı ildə Kembric Bioqrafiya Mərkəzi Ə.Abbasovu texnika və texnologiya üzrə "İlin beynəlxalq adamı" elan etmişdir. 

1994-cü ildən UNESCO-nun informasiya və telekommunikasiya üzrə eksperti, 1997-ci ildən Nyu-York Elmlər Akademiyasının, 1998-ci ildən Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının, 2000-ci ildən Beynəlxalq Elmlər Akademiyasının, 2001-ci ildən isə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvüdür. 

2000-ci ildən Azərbaycan Milli Məclisinin, 2001-ci ildən isə Avropa Şurasının Parlament Assambleyasının üzvü olmuşdur. 

230 elmi əsərin müəllifidir. 


Elmi əsərləri haqqında məlumat

 

Elektron poçtu: ali@science.az
27 MART - AZƏRBAYCANDA ELM GÜNÜDÜR
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
"İNFORMASİYA TEXNOLOGİYALARI"
NƏŞRİYYATI
ELMİ JURNALLAR
İNFORMATİKA TERMİNLƏRİNİN
İZAHLI LÜĞƏTİ
İnformatika Terminlərinin İzahlı Lüğəti