sa sa sa

«Gənclər siyasəti haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qaununun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

- qüvvədə olan qanunvericilik aktlarının «Gənclər siyasəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
- Nazirlər Kabinetinin və müvafiq icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
- həmin Qanunun 7.3-cü maddəsində nəzərdə tutulmuş gənclərin dövlət mülkiyyətində olan bədən tərbiyəsi və idman obyektlərindən istifadə qaydaoarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
- öz səlahiyyətləridaxilində «Gənclər siyasəti haqqında» Azərbaycan Respublikası Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

- «Gənclər siyasəti haqqında» Azərbaycan Respublikası Qanununun 7.3-cü maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
- həmin Qanunun 10.2-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyi həyata keçirir;
- həmin Qanunun 5.1-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyi, Müdafiə Nazirliyi, Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi və rayon (şəhər) icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində həyata keçirirlər;
- həmin Qanunun 5.3-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyi, Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi, Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi və rayon (şəhər) icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində həyata keçirirlər;
- həmin Qanunun 5.4-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyi, Mədəniyyət Nazirliyi və rayon (şəhər) icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində həyata keçirirlər;
- həmin Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini gənclərə tibbi yardımın göstərilməsi sahəsində tədbirlər həyata keçirilməsinə münasibətdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, asudə vaxtın təşkili sahəsində tədbirlər həyata keçirilməsinə münasibətdə Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyi və rayon (şəhər) icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində həyata keçirirlər;
- həmin Qanunun 7.2-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Səhiyyə Nazirliyi öz səlahiyyətləri daxilində həyata keçirirlər;
- həmin Qanunun 8.2-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər, İdman və Turizm Nazirliyi və rayon (şəhər) icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində həyata keçirirlər;
- həmin Qanunun 12.2-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyi və rayon (şəhər) icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində həyata keçirirlər.

3. Bu fərman dərc edildiyi gündən qüvvəyə minir.

HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 may 2002-ci il

18 oktyabr – Azərbaycanın Dövlət Müstəqİllİyİ Günüdür
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR