sa sa sa

"Dövlət sirri haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq olunmasını təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:

1.1. qüvvədə olan qanunvericilik aktlarının "Dövlət sirri haqqında" Azərbaycan Respublikası Qanununa uyounlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyounlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. "Dövlət sirri haqqında" Azərbaycan Respublikası Qanununun 4.3.4-cü maddəsində nəzərdə tutulmuş dövlət sirri təşkil edən məlumatlarla işləməyə buraxılmış şəxslərin və dövlət sirrinin mühafizəsi üzrə struktur bölmələrin əməkdaşlarının əmək haqqına əlavələrin verilmə qaydasını və həcmini müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanunun 6.6-cı maddəsinə uyoun olaraq məlumatların dövlət sirrinə aid edilməsi qaydalarının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.5. həmin Qanunun 18.2-ci maddəsində nəzərdə tutulmuş dövlət sirri təşkil edən məlumatların digər dövlətlərə verilməsi qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.6. həmin Qanunun 20.4-cü və 27.3.1-ci maddələrində nəzərdə tutulmuş normativ hüquqi sənədləri təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.7. həmin Qanunun 21.3-cü maddəsində nəzərdə tutulmuş əcnəbilərin və vətəndaşlıoı olmayan şəxslərin dövlət sirri ilə işləməyə buraxılması qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.8. həmin Qanunun 21.11-ci maddəsində nəzərdə tutulmuş vəzifəli şəxslərin və vətəndaşların dövlət sirri ilə işləməyə buraxılması və işləməyə buraxılmasının yenidən rəsmiləşdirilməsi qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.9. həmin Qanunun 23.1.2-ci maddəsinə uyoun olaraq dövlət sirri təşkil edən məlumatlarla işləməyi istisna edən xəstəliklərin siyahısını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.10. həmin Qanunun 26.2-ci maddəsinə uyoun olaraq vəzifəli şəxsin və ya vətəndaşın dövlət sirri təşkil edən məlumatlarla tanış olmaoa buraxılması qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.11. həmin Qanunun 27.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq məxfilik dərəcəsi olan məlumatlarla işləmək üçün icazənin alınması qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.12. həmin Qanunun 30.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş ekspert rəyinin hazırlanması və təsdiqi qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.13. həmin Qanunun 31.2-ci maddəsinə uyoun olaraq dövlət sirrinin yayılmasının qarşısının alınması qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.14. həmin Qanunun 32.5-ci maddəsində nəzərdə tutulmuş idarələrarası nəzarətin həyata keçirilməsi qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.15. öz səlahiyyətləri daxilində "Dövlət sirri haqqında" Azərbaycan Respublikası Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

2.1. "Dövlət sirri haqqında" Azərbaycan Respublikası Qanununun 4.2.5-ci maddəsində "müvafiq icra hakimiyyəti orqanı aparatı" dedikdə Azərbaycan Respublikası Prezidentinin Icra Aparatı nəzərdə tutulur;

2.2. həmin Qanunun 4.2.2-ci və 15.3-cü maddələrində "müvafiq icra hakimiyyəti orqanı" dedikdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə Idarələrarası Komissiya nəzərdə tutulur;

2.3. həmin Qanunun 20.1.1-ci maddəsində "müvafiq icra hakimiyyəti orqanları" dedikdə Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə Idarələrarası Komissiya nəzərdə tutulur;

2.4. həmin Qanunun 28.2-ci maddəsində "müvafiq icra hakimiyyəti orqanı" dedikdə Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi nəzərdə tutulur;

2.5. həmin Qanunun 29.3-cü maddəsində "müvafiq icra hakimiyyəti orqanı" dedikdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi nəzərdə tutulur;

2.6. həmin Qanunun 32.3-cü maddəsində "müvafiq icra hakimiyyəti orqanları" dedikdə Azərbaycan Respublikası Prezidentinin Icra Aparatı və Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur.

3. Müəyyən edilsin ki:

3.1. "Dövlət sirri haqqında" Azərbaycan Respublikası Qanununun 4.2-ci maddəsində, 6.6-cı maddəsində, 9.2-ci maddəsinin üçüncü cümləsində, 21.12-ci maddəsində və 31.1-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı" nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

3.2. həmin Qanunun 4.3-cü maddəsində, 18.1-ci maddəsində (birinci halda), 18.2-ci maddəsində, 20.4-cü maddəsində, 21.3-cü maddəsində, 21.11-ci maddəsində, 23.1.2-ci maddəsində, 26.2-ci maddəsində, 27.1-ci maddəsində, 27.3.1-ci maddəsində, 30.2-ci maddəsinin ikinci cümləsində, 31.2-ci maddəsində və 32.5-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

3.3. həmin Qanunun 9.2-ci maddəsinin birinci cümləsində, 13.3-cü maddəsində, 13.5-ci maddəsinin ikinci cümləsində, 14.5-ci maddəsinin ikinci cümləsində, 18.1-ci maddəsində (ikinci halda), 19.0.3-cü maddəsində və 30.3-cü maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə Idarələrarası Komissiya həyata keçirir;

3.4. həmin Qanunun 4.4-cü maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının nazirlikləri, komitələri və digər mərkəzi icra hakimiyyəti orqanları həyata keçirirlər;

3.5. həmin Qanunun 32.1-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi həyata keçirir.

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, "5" noyabr 2004-cü il.

 

27 MART - AZƏRBAYCANDA ELM GÜNÜDÜR
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
"İNFORMASİYA TEXNOLOGİYALARI"
NƏŞRİYYATI
ELMİ JURNALLAR
İNFORMATİKA TERMİNLƏRİNİN
İZAHLI LÜĞƏTİ
İnformatika Terminlərinin İzahlı Lüğəti