sa sa sa

“Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Registri Xidməti Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidməti adlandırılsın.
2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:
2.1. qüvvədə olan qanunvericilik aktlarının “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.3. həmin qanunun 6.1.10-cu maddəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası vətəndaşlarının hərbi mükəlləfiyyətə münasibəti barədə məlumatların Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinə daxil edilməsi mexanizmini müəyyən etsin;
2.4.hərbi qulluqçular, habelə dənizçilər haqqında məlumatların Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinə ötürülməsi qaydasını müəyyən etsin;
2.5. həmin qanunun 8.8-ci maddəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının vətəndaşlarına, habelə Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilən fərdi identifikasiya nömrəsinin daxil edilməli olduğu və həmin şəxslərin uçotunun aparıldığı digər dövlət informasiya sistemlərinin siyahısını müəyyən etsin;
2.6. həmin qanunun 11.4-cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinin informasiya ehtiyatlarının texniki daşıyıcılarının ehtiyat surətinin Dövlət Reyestrindən məkanca kənarda saxlanmasının təşkilini təmin etsin;
2.7. Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri və müvafiq dövlət orqanları arasında informasiya mübadiləsinin müntəzəm və təhlükəsiz aparılması məqsədi ilə zəruri tədbirlərin həyata keçirilməsini təmin etsin;
2.8. həmin qanunun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.9. qüvvədən düşmüş sənədlərin dövlət reyestrinin yaradılmasına dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.10. öz səlahiyyətləri daxilində “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.
3. Müəyyən edilsin ki:
3.1. “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7.7-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
3.2. həmin qanunun 8.9-cu maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
3.3. həmin qanunun 4.5-ci, 10.9-cu, 11.4-cü və 12.1-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir;
3.4. həmin qanunun 7.1-ci, 8.2-ci, 9.2-ci, 10.1-ci, 10.5-ci və 10.7-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidməti həyata keçirir;
3.5. həmin qanunun 7.3-cü, 7.5-ci, 9.1-ci, 12.2-ci və 14.3-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ərazi polis orqanlarının qeydiyyat və şəxsiyyət vəsiqəsi qurumları və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları həyata keçirirlər.
4. Bu fərman dərc edildiyi gündən qüvvəyə minir.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 avqust 2006-cı il
6 yanvar – Teleqrafın yaradıldığı gündür
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR