sa sa sa

http://www.xalqqazeti.com/index.php?lngs=aze&cats=1&ids=4850

“Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli 277 nömrəli fərmanının icrasını təmin etmək məqsədi ilə qərara alıram: 1. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il N8, III kitab, maddə 606; 2001-ci il, N10, maddə 640; 2002-ci il, N4, II kitab, maddə 189, N10, maddə 592; 2003-cü il, N10, maddələr 566, 569; 2004-cü il, N6, maddə 432; 2005-ci il, N5, maddələr 400, 403, 405; Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 iyul tarixli 426 nömrəli və 23 avqust tarixli 453 nömrəli fərmanları) aşağıdakı məzmunda 16.6-cı bənd əlavə edilsin:

“16.6. Telekommunikasiya şəbəkələri, qurğuları və vasitələrinin özəlləşdirilməsinə onların mövcud maddi-texniki bazasını zəiflətməmək və texnoloji fəaliyyəti pozmamaq, habelə fiziki və hüquqi şəxslərin telekommunikasiya xidmətlərindən istifadə etmək hüquqlarını əsassız məhdudlaşdırmamaq şərti ilə yol verilir”.

2. Müəyyən edilsin ki, “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi həyata keçirir.

3. Bu fərman dərc edildiyi gündən qüvvəyə minir.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 sentyabr 2006-cı il

 

21 Fevral – Beynəlxalq Ana Dİlİ Günüdür
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR