sa sa sa

http://www.president.az/

1. "Azərbaycan Respublikası Əhalisinin Dövlət Registrinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 21 fevral tarixli 35 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, №2, maddə 73, №10, maddə 790; 2006-cı il, №9, maddə 741) adında və mətnində ismin müvafiq hallarında "Reqistr" sözü "Reyestr" sözü ilə əvəz edilsin.
2. "Azərbaycan Respublikası Əhalisinin Dövlət Registrinin aparılması qaydası haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 134 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, №10, maddə 790) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:
2.1. Fərman üzrə:
2.1.1. Fərmanın adında və mətnində ismin müvafiq hallarında "Registr" və "eyniləşdirmə" sözləri müvafiq olaraq "Reyestr" və "identifikasiya" sözləri ilə əvəz edilsin;
2.1.2. 3.2-ci bənd çıxarılsın;
2.1.3. 3.4-cü bənddə "vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarının" sözləri "rayon (şəhər) qeydiyyat şöbələrinin" sözləri ilə əvəz edilsin.
2.2. Əsasnamə üzrə:
2.2.1. Əsasnamənin adında və mətnində ismin müvafiq hallarında "Registr" və "eyniləşdirmə" sözləri müvafiq olaraq "Reyestr" və "identifikasiya" sözləri ilə əvəz edilsin;
2.2.2. 2-ci bənddə "məlumatı əks etdirən dövlət məlumat bankıdır" sözləri "sənədləşdirilmiş informasiyanı əks etdirən dövlət informasiya ehtiyatıdır" sözləri ilə əvəz edilsin;
2.2.3. 3-cü bənddə "idarə edilməsini həyata keçirən proqram təminatı" sözləri "informasiya sistemi" sözləri ilə əvəz edilsin;
2.2.4. 5-ci bənd aşağıdakı redaksiyada verilsin:
"5. Dövlət Reyestrinin aparılmasında əsas məqsəd əhalinin yerləşməsinə və tərkibinə, miqrasiyanın əhatə dairəsinə və istiqamətinə, demoqrafiya məsələlərinə, eləcə də digər məsələlərə dair məlumatlar toplamaq, onları daim təzələmək, müəyyən edilmiş hallarda və qaydada dövlət və yerli özünüidarəetmə orqanlarını, habelə fiziki şəxsləri həmin məlumatlarla təmin etmək, əhalinin müxtəlif kateqoriyaları üzrə informasiya sistemlərini aparan dövlət orqanlarının qarşılıqlı fəaliyyətinin səmərəliliyini artırmaqdır.";
2.2.5. 7-ci bənddə "məlumatlar" sözü "sənədləşdirilmiş informasiya" sözləri ilə əvəz edilsin;
2.2.6. 8-ci bənddə "vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları tərəfindən" sözləri "və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikasının xaricdəki konsulluq idarələri öz səlahiyyətləri daxilində" sözləri ilə əvəz edilsin;
2.2.7. 9-cu bənd aşağıdakı redaksiyada verilsin:
"9. Dövlət Reyestrinə Azərbaycan Respublikasının vətəndaşları, habelə Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında aşağıdakı məlumatlar daxil edilir:
9.1. fərdi identifikasiya nömrəsi;
9.2. soyadı (əvvəlki soyadları);
9.3. adı;
9.4. atasının adı;
9.5. doğulduğu tarix;
9.6. doğulduğu yer;
9.7. cinsi;
9.8. vətəndaşlığı;
9.9. ailə vəziyyəti;
9.10. hərbi mükəlləfiyyətə münasibəti;
9.11. yaşayış yeri və olduğu yer üzrə qeydiyyata götürülməsi və çıxarılması;
9.12. şəxsiyyəti təsdiq edən sənədin nömrəsi (o cümlədən 16 yaşına çatmamış şəxsin doğum haqqında şəhadətnaməsinin və şəxsiyyət vəsiqəsinin nömrələri);
9.13. 16 yaşına çatmış şəxsin fotoşəkli;
9.14. 16 yaşına çatmış şəxsin biometrik məlumatları (qan qrupu, gözlərinin rəngi, boyu);
9.15. ərin (arvadın) fərdi identifikasiya nömrəsi, soyadı, adı, atasının adı, doğulduğu tarix, doğulduğu yer, vətəndaşlığı, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi;
9.16. valideynlərin fərdi identifikasiya nömrəsi, soyadı, adı, atasının adı, doğulduğu tarix, doğulduğu yer, vətəndaşlığı, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi;
9.17. uşağın fərdi identifikasiya nömrəsi, soyadı, adı, atasının adı, doğulduğu tarix, doğulduğu yer, vətəndaşlığı, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi;
9.18. ölüm tarixi.";
2.2.8. 13-cü bənddə "hər gün" sözləri "hər iş günü" sözləri ilə əvəz edilsin, "məlumat bankına göndərilir" sözlərindən sonra "və məlumatların aktuallığı təmin edilir" sözləri əlavə edilsin;
2.2.9. 14-cü bənd aşağıdakı redaksiyada verilsin:
"14. Dövlət Reyestrinə məlumatların daxil edilməsi onların birmənalı fərqləndirilməsinə, eyni şəxs barədə məlumatların tərkib hissələrinin əlaqələndirilməsinə, təkrara yol verilməməsinə və səmərəli istifadə edilməsinə imkan yaradan fərdi identifikasiya nömrəsi əsasında aparılır.";
2.2.10. 17-ci bənddə "hər gün" sözləri "hər iş günü" sözləri ilə əvəz edilsin;
2.2.11. 20-ci bəndin birinci cümləsində "aid edilir" sözlərindən sonra "və qanunvericiliklə nəzərdə tutulmuş qaydada mühafizə edilir" sözləri əlavə edilsin;
2.2.12. 22-ci bəndin birinci abzasında "dövlət orqanları" sözləri "dövlət və yerli özünüidarəetmə orqanları" sözləri ilə əvəz edilsin, ikinci abzas çıxarılsın;
2.2.13. 24-cü bəndə aşağıdakı məzmunda birinci cümlə əlavə edilsin:
"Dövlət Reyestrinin istifadəçiləri olan dövlət və yerli özünüidarəetmə orqanları Dövlət Reyestrinin sənədləşdirilmiş məlumatlarından öz səlahiyyətləri daxilində istifadə edirlər.";
2.2.14. 25-ci bənddə "özləri" sözündən sonra "və qanunvericiliklə nəzərdə tutulmuş şəxslər" sözləri əlavə edilsin;
2.2.15. 26-cı bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
"Zərurət yarandıqda, bu müddət Dövlət Reyestr Xidməti tərəfindən əsaslandırılmaqla 1 aydan çox olmayan müddətə uzadıla bilər.";
2.2.16. Əsasnaməyə aşağıdakı məzmunda 27-ci bənd əlavə edilsin:
"27. Şəxsin müraciəti əsasında ona Dövlət Reyestrindən çıxarış təqdim oluna bilər. Dövlət Reyestrinin informasiya sistemindən alınmış çıxarış Dövlət Reyestri Xidmətinin vəzifəli şəxsi tərəfindən imzalanmalıdır. Xüsusi proqram təminatı vasitəsilə verilən Dövlət Reyestrinin məlumatı elektron imza vasitəsilə də təsdiq edilə bilər.".
3. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 15 dekabr tarixli 488 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının Nizamnaməsi"nin 1.6-cı bəndi çıxarılsın, 1.7-ci bəndi müvafiq olaraq 1.6-cı bənd hesab edilsin.
4. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 21 oktyabr tarixli 1055 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı"nda (Elektron Azərbaycan) (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, №10, maddə 943; 2006-cı il, №7, maddə 590, №9, maddə 743) aşağıdakı dəyişikliklər edilsin:
4.1. IV bölmənin 4.3-cü bəndində "Registrinin" sözü "Reyestrinin" sözü ilə əvəz edilsin;
4.2. VII bölmənin 7.3.16-cı bəndində "Registrinin" sözü "Reyestrinin" sözü ilə əvəz edilsin.
5. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 fevral 2007-ci il

 

6 yanvar – Teleqrafın yaradıldığı gündür
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR