AMEA İnformasiya Texnologiyaları İnstitutu aşağıdakı ixtisaslar üzrə doktorantura yolu ilə elmi kadrlar hazırlayır. 1203.01 - "Kompüter elmləri" 3338.01 - "Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi" (sahələr üzrə) 3339.01 - "İnformasiyanın mühafizə üsulları və sistemləri, informasiya təhlükəsizliyi"
Doktoranturaya qəbul qaydaları Əyani doktoranturaya tam ali təhsilli (magistraturanı bitirmiş, yaxud keçmiş beşillik təhsil alan), elmi-tədqiqat işində nailiyyət qazanmış, ali məktəblərdə və başqa təşkilat və idarələrdə çalışan mütəxəssislər qəbul edilirlər. Gənc mütəxəssislər ancaq ali təhsil müəssisəsi (fakültə) Elmi Şurasının zəmanəti ilə bilavasitə ali təhsil müəssisəsini (magistraturanı) bitirdikdən sonra imtahanlarda iştirak etməyə buraxılırlar. Doktoranturaya qəbul haqqında ərizə aşağıdakı əlavələrlə elmi müəssisə rəhbərinin adına yazılır:
Doktoranturaya qəbul olmaq istəyən şəxslər alitəhsil müəssisələrində qüvvədə olan proqram həcmində aşağıdakı fənlər üzrə qəbul imtahanları verirlər:
Doktoranturaya qəbul imtahanları təqvim ili müddətində qüvvədədir. Qəbul imtahanları oktyabr ayında keçirilir. Doktoranturaya qəbul imtahanlarına buraxılmış şəxslərə imtahanlara hazırlaşmaq və onları vermək üçün əmək haqqı saxlanılmaqla iş yerindən 30 təqvim günü müddətinə əlavə məzuniyyət verilir. Doktorluq imtahanlarını tam, yaxud qismən verən şəxslər (imtahanların verildiyi gündən 5 ildən artıq vaxt keçməmişsə) müvafiq qəbul imtahanlarından azad edilirlər. Qəbul olunanlar yataqxana ilə təmin olunmurlar. Elmlər doktoru proqramı üzrə doktoranturaya seçdikləri sahədə elmi və ya elmi-pedaqoji naliyyəti olan, fundamental tədqiqatları yüksək səviyyədə aparmağa qadir və “Fəlsəfə doktoru” (elmlər namizədi) elmi (alimlik) dərəcəsi olan Azərbaycan Respublikasının vətəndaşları qəbul edilirlər. Doktoranturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilir: • Ərizə (doktoranturanın fəaliyyət göstərdiyi müəssisənin və yaxud təşkilatın rəhbərinin adına); • Kadrların şəxsi-qeydiyyat vərəqi; • Tərcümeyi-hal; • 3 ədəd fotoşəkil (3x4 sm ölçüdə); • İş yerindən xasiyyətnamə; • Əmək kitabçasından çıxarış; • Çap olunmuş elmi işlərin siyahısı; • “Fəlsəfə doktoru” və ya “Elmlər namizədi elmi (alimlik) dərəcəsi diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti; • Ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti; • Şəxsiyyəti təsdiq edən sənədin surəti. Doktoranturaya sənədlər sentyabr ayının 1-dən ilin sonunadək qəbul edilir. Dövlət hesabına əyani təhsil alan doktorantlara qanunvericiliklə müəyyən olunmuş məbləğdə təqaüd ödənilir və hər il məzuniyyət verilir. İxtisas üzrə ayrılmış yerlərin sayı elmi müəssisələr üzrə təsdiq olunmuş planlarda göstərilmişdir. Azərbaycan Milli Elmlər Akademiyasının elmi-tədqiqat müəssisələrinin 2016-cı il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul PLANLARI Tel: (994 12) 5390167, (994 12) 5101260 E-mail: secretary@iit.ab.az, medine@iit.ab.az, ph.d@iit.ab.az
|