sa sa sa
Qərar №17/21
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Milli Elmlər Akademiyasının maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında” 29 aprel 2011-ci il tarixli 1478 №-li sərəncamının 5-ci bəndinə əsasən Bakı Şəhər İcra Hakimiyyətinə, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə və Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinə Azərbaycan Milli Elmlər Akademiya şəhərciyindəki qeyri-akademik qurumların ərazidən köçürülməsi tapşırılmışdır. Sərəncamın icrası ilə əlaqədar olaraq, Azərbaycan Milli Elmlər Akademiyasının Akademiya şəhərciyi ərazisində, H.Cavid prospekti, 33 ünvanındakı binada yerləşən Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin Strateji Araşdırmalar Mərkəzi binanı boşaldaraq Akademiyaya təhvil vermişdir.

Bunu nəzərə alaraq, Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti QƏRARA ALIR:

1. AMEA-nın Radiasiya Problemləri İnstitutu və İnformasiya Texnologiyaları İnstitutunun balansındakı binada (Bakı ş., B.Vahabzadə küç., 9) yerləşən Şamaxı Astrofizika Rəsədxanasının Bakı şəhər Bazası Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin Strateji Araşdırmalar Mərkəzi tərəfindən boşaldılmış binada (Bakı ş., H.Cavid prosp., 33) yerləşdirilsin.
2. İnformasiya Texnologiyaları İnstitutunun balansındakı binada (Bakı ş., B.Vahabzadə küç., 9) yerləşən Riyaziyyat və Mexanika İnstitutu Radiasiya Problemləri İnstitutunun boşaldılmış binasında (B.Vahabzadə küç., 9) yerləşdirilsin.
3. Radiasiya Problemləri İnstitutuna (m.ü.A.Qəribov), Riyaziyyat və Mexanika İnstitutuna (ak.A.Hacıyev), İnformasiya Texnologiyaları İnstitutuna (m.ü.R.Əliquliyev) və Şamaxı Astrofizika Rəsədxanasına (m.ü.Ə.Quliyev) tapşırılsın ki, qərarın 1-ci və 2-ci bəndlərinin icrasından irəli gələn məsələlər həll edilsin.
4. İnformasiya Texnologiyaları İnstitutuna (m.ü.R.Əliquliyev) tapşırılsın ki, institutun balansındakı binanın boşaldılmış otaqlarının təmir edilməsi təmin edilsin.
5. Qərarın icrasına nəzarət AMEA prezidentinin müavini – işlər müdiri T.Əhmədova həvalə edilsin.

Azərbaycan MEA-nın prezidenti M.Kərimov
Azərbaycan MEA-nın akademik-katibi V.Fərzəliyev
Bakı şəhəri, 21 dekabr 2012-ci il
18 oktyabr – Azərbaycanın Dövlət Müstəqİllİyİ Günüdür
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR