“Verilənlərin intellektual analizi” mövzusunda VIII Beynəlxalq konfrans keçiriləcək 13.01.2015    14:53

26-29 iyun 2015-ci il tarixlərdə Madriddə (İspaniya) “Verilənlərin intellektual analizi” (EDM) adlı VIII Beynəlxalq konfrans keçiriləcək.

Hər il müxtəlif ölkələrin ali təhsil müəssisələri və elm cəmiyyətləri tərəfindən təşkil olunan konfrans yüksək səviyyəli araşdırmaların müzakirəsi üçün aparıcı beynəlxalq forumdur.

Cari ildə İspaniya Milli Distant Təhsil Universiteti (UNED) nəzdindəki Beynəlxalq EDM cəmiyyətinin təşkil etdiyi konfransın əsas istiqamətlərini təhsil haqqında məlumatların araşdırılması ilə nəticələr arasındakı dövrün yekunu, tədris proqramları və tədbirlərin effektivliyinin qiymətləndirilməsi, verilənlər əsasında domen biliklərinin əldə olunması, tələbələrin affektiv və emosional vəziyyətlərinin aşkar olunması və aradan qaldırılması, verilənlərin intellektual analizinin inteqrasiyası və pedaqoji nəzəriyyə təşkil edir. O cümlədən tələbələrlə müəllimlər arasında mövcud əks əlaqənin və EDM metodlarından alınmış digər istiqamətlərin təminatı, monitorinq və tədris resurslarından istifadə edən jurnalların analizinin nəticələri, analitik metodlara uyğunlaşma üzrə tövsiyə və təcrübələr, sosial və birgə tədrisdə verilənlərin intellektual analizi və EDM-ə dair yanaşma və tədqiqat metodları konfransın əsas müzakirə mövzularındandır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

 

27 MART - AZƏRBAYCANDA ELM GÜNÜDÜR
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
"İNFORMASİYA TEXNOLOGİYALARI"
NƏŞRİYYATI
ELMİ JURNALLAR
İNFORMATİKA TERMİNLƏRİNİN
İZAHLI LÜĞƏTİ
İnformatika Terminlərinin İzahlı Lüğəti