3D-çap sahəsində innovasiya texnologiyalarına həsr olunmuş konfrans keçiriləcək 12.11.2014    11:15

Bakıda gələn il fevralın 12-də 3D-çap sahəsində innovasiya texnologiyalarına həsr olunmuş konfrans keçiriləcək.
 
ICTnews” xəbər xidmətinin məlumatına əsasən, tədbirin məqsədi üçölçülü texnologiyalar və onların unikallığı haqda məlumat verməkdir. "Smile Expo” şirkəti tərəfindən təşkil olunan “3D PrintConference”da bu texnologiyanın Azərbaycan bazarında hansı imkanlar açdığı haqda bəhs ediləcək.

Tədbir çərçivəsində biznesdə 3D-çapın istifadəsinin geniş imkanları, onun iş prinsipləri nümayiş ediləcək.

Texnologiya kompüterdə məmulatın 3D-modelini yaratmağa və qısa vaxt ərzində sifariş edilən parametrlərə cavab verən mükəmməl fiziki obyekt əldə etməyə imkan verir. 3D-printerlərin üstünlükləri göz önündədir: onlar məhsulun istehsalının maya dəyərini azaldır, onun bazara çıxarma müddətini qısaldır, istənilən formada və mürəkkəblikdə elementləri modelləşdirməyə imkan verir. 3D-çap müxtəlif materiallardan tez və yüksək dəqiqlikdə  istehsalı təmin edir.

Aparıcı dünya istehsalçıları 3D-çapın genişmiqyaslı istifadəsinin mümkünlüyünü dərk edərək ənənəvi istehsalı bu universal texnologiya ilə əvəz ediblər, misal üçün, ABŞ-ı və 3D–printer vasitəsi ilə evin biri cəmi 5 min dollar olmaqla,  24 saat ərzində 10 binanın karkasını yaradan  Çini qeyd etmək olar.
 
Üçölçülü çap bizim həyatımıza artıq daxil olub və maşınqayırmada (avtomodelləşdirmə, aviamodelləşdirmə, tyuning), qida sənayesi, hərbi sahə, robototexnika, dizayn və geyim istehsalı, tibb, stomatologiya (protezlər, diş tacı, inan bədəninin ayrı-ayrı hissələrinin və ya ümumi skeletinin kopyaları), arxitektura, tikinti (binaların, şəhərin ayrı-ayrı rayonlarının, kottec qəsəbələrinin), təhsil (əyani vəsaitlər, maketlər) istifadə olunur.

27 MART - AZƏRBAYCANDA ELM GÜNÜDÜR
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
"İNFORMASİYA TEXNOLOGİYALARI"
NƏŞRİYYATI
ELMİ JURNALLAR
İNFORMATİKA TERMİNLƏRİNİN
İZAHLI LÜĞƏTİ
İnformatika Terminlərinin İzahlı Lüğəti