Rusiyada “Elmi-texniki innovasiyalar: milli təcrübə və beynəlxalq əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçiriləcək 02.10.2014    11:07

6 noyabr 2014-cü il tarixdə Moskva şəhərində Beynəlxalq Elmi və Texniki İnformasiya Mərkəzinin (BETİM) qərargahında “Elmi-texniki innovasiyalar: milli təcrübə və beynəlxalq əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans və BETİM-ə üzv dövlətlərin Səlahiyyətli Nümayəndələr Komitəsinin 65-ci (7 noyabrda) iclası keçiriləcək.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının Elmi İnnovasiyalar Mərkəzindən (EİM) məlumat verilib.

Konfransda BETİM-ə üzv dövlətlərin milli təşkilatların, tərəfdaş ölkələrin və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı planlaşdırılır. Məruzələrin istiqamətlərinə “ETTKİ və milli innovasiya sistemləri (MİS) sahəsinin inkişafının qurulması və tendensiyaları məsələləri”, “Beynəlxalq elmi-texniki və innovasiya əlaqələrinin inkişafı və konfransın iştirakçı ölkələrində innovasiya iqtisadiyyatının formalaşmasında onların rolu” daxildir.

Qeyd edək ki, Beynəlxalq Elmi-Texniki İnformasiya Mərkəzi çoxtərəfli, hökumətlərarası razılaşmaya uyğun olaraq yaradılmış təşkilatdır. Azərbaycanın da daxil olduğu BETİM-in 22 üzv dövləti var. Burada Bolqarıstan, Macarıstan, Almaniya, Monqolustan, Polşa, Rumıniya, Rusiya, Çexiya, Slovakiya, Kuba, Vyetnam, Gürcüstan, Türkiyə, Hindistan, Koreya Xalq Demokratik Respublikası, Belarus, Estoniya, Ukrayna və başqaları yer alır. Mərkəzin əsas vəzifəsi elm, texnologiya və biznes sahəsində beynəlxalq əməkdaşlıq çərçivəsində üzv dövlətlərə informasiya, analitik, konsultasiya və təşkilati dəstəyinin göstərilməsindən ibarətdir. BETİM-in qərargahında hazırda 150-dən artıq mütəxəssis çalışır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

27 MART - AZƏRBAYCANDA ELM GÜNÜDÜR
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
"İNFORMASİYA TEXNOLOGİYALARI"
NƏŞRİYYATI
ELMİ JURNALLAR
İNFORMATİKA TERMİNLƏRİNİN
İZAHLI LÜĞƏTİ
İnformatika Terminlərinin İzahlı Lüğəti