“Milli Net 2014” milli internet mükafatına start verilir 23.09.2014    17:35

Sentyabrın 25-dən etibarən ölkəmizdə “Milli Net” Milli İnternet Mükafatına start verilir. İddiaçılar www.millinet.az saytında  qeydiyyatdan keçərək öz internet resursları və internet layihələrini təqdim edə bilərlər.

Milli internet resurslarının builki yarışmasına 2 yeni nominasiya – “Qarabağ haqqında saytlar“ və   “Mobil tətbiqlər” nominasiyaları daxil edilib. Dövlət və bələdiyyə resursları nominasiyasının adı dəyişdirilərək “Elektron hökumət” nominasiyası adlandırılıb. Beləliklə, “Milli Net 2014” yarışması  14 nominasiya üzrə keçiriləcək:

  • Korporativ saytlar;
  • İctimai-sosial saytlar;
  • Media və İnformasiya;
  • Mədəniyyət, incəsənət və turizm saytları;
  • Ailə, uşaq və sağlamlıq;
  • Asudə vaxt, idman və əyləncə;
  • Bloqlar;
  • Elm və təhsil;
  • Elektron hökumət;
  • Xidmət (Servis);
  • Qarabağ haqqında saytlar;
  • İstifadəçi kontenti üzərində qurulmuş saytlar;
  • Mobil tətbiqlər;
  • Ən yaxşı sosial şəbəkə səhifəsi.

Müsabiqəyə təqdim olunan saytların qeydiyyatı 2 ay davam edəcək və 25 noyabrda qeydiyyat başa çatacaq.  Qiymətləndirmə prosesi dekabrın 15-dək davam edəcək. “Milli Net 2014” yekun təqdimat mərasiminin dekabrın sonlarında keçirilməsi nəzərdə tutulub.

Ötən ildə olduğu kimi, saytların qiymətləndirmə prosesini internet istifadəçiləri deyil, peşəkarlardan və mütəxəssislərdən ibarət olmaqla AİF tərəfindən formalaşdırılan Münsiflər Heyəti aparacaq. Hazırda Münsiflər Heyətinin formalaşdırılması prosesi davam edir. 

Münsiflərə hər hansı aidiyyəti olan saytların müsabiqədə iştirakına yol verilmir. Heyətin verdiyi səslər müsabiqə başa çatdıqdan sonra geniş ictimaiyyət üçün açıqlanır və www.millinet.az  saytında yerləşdirilir. Münsiflərin hər bir sayt üzrə verdikləri qiymətlər əsaslandırılır.

Azərbaycan İnternet Forumu tərəfindən təsis edilən “Milli Net”-in keçirilməsində məqsəd Azərbaycan internetinin inkişafına kömək etmək, ən yaxşı milli internet resurslarımızı üzə çıxartmaq və tanıtmaq, informasiya texnologiyalarının populyarlaşmasına dəstək vermək və Azərbaycan dilinin internetdə tətbiqini genişləndirməkdən ibarətdir. 

 

27 MART - AZƏRBAYCANDA ELM GÜNÜDÜR
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
"İNFORMASİYA TEXNOLOGİYALARI"
NƏŞRİYYATI
ELMİ JURNALLAR
İNFORMATİKA TERMİNLƏRİNİN
İZAHLI LÜĞƏTİ
İnformatika Terminlərinin İzahlı Lüğəti