İnformatika üzrə 26-cı Beynəlxalq olimpiada Tayvanda keçiriləcək 25.06.2014    10:30

Bu il informatika üzrə 26-cı Beynəlxalq olimpiada 13-20 iyul 2014-cü il tarixlərdə Tayvanda (Çin) keçiriləcək. Bilik yarışının təşkilatçıları Çinin Təhsil Nazirliyi, Elm və Texnologiyalar Nazirliyi, Tayvan Milli Ümumtəhsil Universitetidir. Sponsorlar isə “Acer”, “Chunghwa Telecom”, “İntel” və “Cisco” şirkətləridir. 

Hər il olduğu kimi, 2014-cü ildə də riyaziyyat, kimya, fizika, biologiya fənləri üzrə də beynəlxalq olimpiadalar keçiriləcək. Riyaziyyat üzrə beynəlxalq olimpiada 3-13 iyul tarixdə Cənubi Afrika Respublikasında, kimya üzrə 20-29 iyulda Vyetnamda, fizika üzrə 13-21 iyulda Qazaxıstanda, biologiya üzrə isə 6-13 iyul tarixində İndoneziyada keçiriləcək. 

Onu da qeyd edək ki, informatika üzrə beynəlxalq olimpiada 2015-ci ildə Qazaxıstanda, 2016-cı ildə isə ilk dəfə olaraq Rusiyada keçiriləcək. 

27 MART - AZƏRBAYCANDA ELM GÜNÜDÜR
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
"İNFORMASİYA TEXNOLOGİYALARI"
NƏŞRİYYATI
ELMİ JURNALLAR
İNFORMATİKA TERMİNLƏRİNİN
İZAHLI LÜĞƏTİ
İnformatika Terminlərinin İzahlı Lüğəti