Bio International Convention 2014 – Biotexnologiyalar üzrə sərgi və konfrans öz işinə başlayıb 24.06.2014    15:00

ABŞ-ın San-Diyeqo şəhərində (Kaliforniya ştatı) dünyanın ən iri tədbirlərindən olan Bio International Convention 2014 – Biotexnologiyalar üzrə sərgi və konfrans öz işinə başlayıb. ABŞ-ın müxtəlif ştatlarında və ənənəvi olaraq hər il keçirilən tədbir 23-26 iyun tarixlərinədək davam edəcək. 

Tədbirdə səhiyyə, kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi, həmçinin biotexnologiyalar üzrə sferaların tədqiqi və inkişafı sahəsi üzrə çalışan alim və mütəxəssislər, tədqiqatçılar toplaşır. 

Sərgi biotexnologiyalar əczaçılıq və baytarlıqda, tibb, kənd təsərrüfatı və sənayedə biotexnologiya, ekobiotexnologiya (biotexnologiya və ətraf mühit), biogeotexnologiya, bioenergetika, nanotexnologiyalar, mikroorqanizmlərin seleksiya və genetikası, bioçip və biosensorlar, informasiya təminatı, əqli və sənaye mülkiyyətinin mühafizəsi, biotexnoloji məhsulların standartlaşdırılması və sertifikatlaşdırılması kimi əsas istiqamətləri əhatə edəcək. 

expoclub.ru beynəlxalq sərgi portalının məlumatına görə, Bio International Convention 2015 Filadelfiya (Pensilvaniya ştatı), BIO 2016 isə Çikaqo şəhərində (İllinoys ştatı) keçiriləcək. 

27 MART - AZƏRBAYCANDA ELM GÜNÜDÜR
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
"İNFORMASİYA TEXNOLOGİYALARI"
NƏŞRİYYATI
ELMİ JURNALLAR
İNFORMATİKA TERMİNLƏRİNİN
İZAHLI LÜĞƏTİ
İnformatika Terminlərinin İzahlı Lüğəti