3D Print 2014 – I Beynəlxalq 3D-printerlərin sərgisi 19.06.2014    12:00

Bu gün üçölçülü çap son illərin əsas texnoloji tendensiyalarından biri kimi nəzərdən keçirilir. Bu texnologiya müxtəlif fəaliyyət sahələrində - incəsənət, kulinariya və memarlıqdan tutmuş tibb, elm və təhsil sahələrinədək inqilab etməyə qadirdir. 

Fransada üçölçülü çap texnologiyalarına həsr olunmuş ilk sərgi keçiriləcək. 17-20 iyun 2014-cü il tarixlərdə Lion şəhərində baş tutacaq 3D Print 2014 – I Beynəlxalq 3D-printerləri sərgisinin təşkilatçısı IDICE SAS şirkətidir. 

“Eurexpo” mərkəzində keçiriləcək sərgidə 3D vizuallaşdırma, proqram təminatı, üçölçülü obyektlərin istehsalı üçün materiallar və xidmətlər və s. ilə bağlı əldə olunmuş innovasiyalar nümayiş etdiriləcək. 

expoclub.ru beynəlxalq sərgi portalının məlumatına görə, 3D Print 2014 əsasən qrafika, kağız, çap və reproqrafiya (informasiyanın faksimil, yəni qeyri-poliqrafik üsulla surətinin çıxarılması) sektorlarına aksent edəcək. 

27 MART - AZƏRBAYCANDA ELM GÜNÜDÜR
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
"İNFORMASİYA TEXNOLOGİYALARI"
NƏŞRİYYATI
ELMİ JURNALLAR
İNFORMATİKA TERMİNLƏRİNİN
İZAHLI LÜĞƏTİ
İnformatika Terminlərinin İzahlı Lüğəti