5-ci “Mobillik qrantı” müsabiqəsi elan edildi 13.06.2014    11:00

AR Prezidenti yanında Elmin İnkişafı Fondu qrantların verilməsi üzrə 2014-cü ildə 5-ci “Mobillik qrantı” müsabiqəsini elan edib. 

Müsabiqə təbiət, dəqiq, texniki, humanitar və ictimai elmlər sahəsində elmi tədqiqat işləri ilə məşğul olan alimlərin elmi fəaliyyətini stimullaşdırmaq və onlara xaricdə elmi tədbirlərdə və qısamüddətli təcrübə keçmədə iştirak, Azərbaycanda əldə olunmuş elmi nəticələrin tanıdılması və yeni əlaqələrin qurulması imkanı yaratmaq məqsədi daşıyır. 

Fonddan bildirilib ki, kiçik maliyə həcmli (10 min manatadək) qrantların verilməsi yolu ilə XETİ Azərbaycandan olan alim və mütəxəssislərin xaricdə keçirilən nüfuzlu regional və beynəlxalq elmi tədbirlərdə məruzələrlə iştirakının qismən və ya tam şəkildə maliyələşdirilməklə təmin edilməsi və QMTK (Azərbaycandan olan alim və mütəxəssislərin xaricdə qısamüddətli təcrübəkeçmə proqramlarında iştirakının qismən və ya tam şəkildə maliyələşdirilməklə təmin edilməsi) xüsusi layihələri maliyyələşdiriləcək. 

ictnews.az elektron xəbər xidmətinin məlumatına görə, müsabiqə çərçivəsində qrant maliyələşdirilməsinin ümumi həcmi 100 000 (yüz min) manat nəzərdə tutulub. Elmin İnkişafı Fondunun 2013-cü ildə 1-ci, 2-ci, 3-cü və 2014-cü ildə keçirilmiş 4-cü “Mobillik qrantı” müsabiqələrinin qalibi olmuş, həmçinin Fondun hazırda yerinə yetirilən digər (pilot, fundamental-tətbiqi xarakterli və s.) layihələrində iştirak edən layihə rəhbərləri və icraçıları 5-ci “Mobillik qrantı” müsabiqəsində iştirak edə bilməzlər. 

Cari müsabiqəyə yalnız 1 oktyabr - 31 dekabr tarixləri arasında xaricdə keçiriləcək beynəlxalq elmi tədbirlərdə və qısamüddətli elmi təcrübəkeçmə proqramlarında iştirak etmək istəyən şəxslər ərizələrini təqdim edə bilərlər. “Mobillik qrantı” müsabiqəsində iştirak etmək istəyən iddiaçılar üçün elmi dərəcə və elmi ad, yaş və s. kimi məhdudiyyətlər qoyulmur. Azərbaycandan olan alim və mütəxəssislərin xaricdə keçirilən nüfuzlu regional və beynəlxalq elmi tədbirlərdə elmi məruzələrlə iştirakının qismən və ya tam şəkildə maliyələşdirilməklə təmin edilməsi üzrə qrant iddiaçılarının adıçəkilən tədbirlərdə plenar, dəvətli və ya şifahi məruzələri nəzərdə tutulmalıdır. 

Bu haqda təsdiqedici sənəd və ya dəvətnamə olmalı və müsabiqəyə təqdim olunan sənədlərə əlavə edilməlidir. “Divar” tipli məruzələr (“poster”) və ya məruzəsiz iştiraklar üzrə təqdim edilmiş layihələr texniki ekspertiza mərhələsindən keçməyəcək. 

27 MART - AZƏRBAYCANDA ELM GÜNÜDÜR
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
"İNFORMASİYA TEXNOLOGİYALARI"
NƏŞRİYYATI
ELMİ JURNALLAR
İNFORMATİKA TERMİNLƏRİNİN
İZAHLI LÜĞƏTİ
İnformatika Terminlərinin İzahlı Lüğəti