I-Expo 2014 - "İnternet texnologiyaları, informasiya menecmenti və reputasiyanın idarə edilməsi texnologiyaları" sərgisi 11-12 iyun tarixlərdə Parisdə (Fransa) “Cnit Paris La Defense” sərgi kompleksində keçiriləcək.
Spat SA şirkətinin təşkilatçılığı ilə keçirilən sərgidə İnternet texnologiyaları, axtarış optimizasiyası, informasiya menecmenti, böyük verilənlər, reputasiyanın idarə edilməsi üzrə əldə edilmiş nailiyyətlər, məhsullar sərgilənəcək.