“İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi” VIII Beynəlxalq konfransı Astanada keçiriləcək 03.03.2014    10:29

İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi üzrə VIII Beynəlxalq konfrans (AICT-2014) bu il 15-17 oktyabr tarixlərdə Qazaxıstanın Astana şəhərində keçiriləcək. Konfransın əsas məqsədi ümumi maraq və problemlər ətrafında birləşmiş, dünyanın müxtəlif ölkələrindən olan alim və mütəxəssisləri bir araya gətirməkdir. 

Tədbirdə İKT-nin təhsil və təlimdə, elm və tədqiqatlarda, idarəetmədə, təhlükəsizlikdə, səhiyyə sistemində, dövlət strukturlarında, kommunikasiya və rabitə sahəsində yeni və keyfiyyətli tədqiqatlar aparan elm adamlarının iştirakı gözlənilir. 

Təşkilat Komitəsindən bildirilib ki, “AICT-2014” bu sahələrdə çalışan və ya təhsil alan insanlara öz elmi işlərini geniş auditoriyada tətbiq etmək, mürəkkəb məsələlərin optimal həllərini tapmaq imkanı verən ən məşhur elmi konfranslardan biri olacaq. 

Qumilyov adına Avrasiya Milli Universiteti, Nazarbayev Universiteti, Qafqaz Universiteti, Lomonosov adına Moskva Dövlət Universiteti, İnformasiya Təhlükəsizliyi və Kriptologiya İnstitutunun təşkilatçılığı, “IEEE” - Elektrotexnika və Elektronika Mühəndislər İnstitutunun (ABŞ) texniki dəstəyi ilə keçiriləcək tədbir əsasasən informasiya təhlükəsizliyi problemlərinə həsr olunacaq. 

Təşkilat Komitəsinin məlumatına görə, konfrans müxtəlif illərdə 50-yə yaxın ölkənin, o cümlədən Avstraliya, Azərbaycan, ABŞ, Böyük Britaniya, Çin, Finlandiya, Gürcüstan, Almaniya, Hindistan, İran, İtaliya, Yaponiya, Qazaxıstan, Koreya, Latviya, Malayziya, Pakistan, Filippin, Portuqaliya, Rumıniya, Rusiya, Slovakiya, İspaniya, İsveç, Tailand, Türkiyə, Ukrayna, Özbəkistan və s. ölkələrdən olan tədqiqatçıların diqqətini cəlb edib. “AICT-2014” beynəlxalq konfransının tematik mövzularına 80-ə yaxın istiqamət daxildir. 

Bu il tədbirdə “Kibertəhlükəsizlik problemləri”, “İKT-nin tətbiqində ən son tendensiyalar, nailiyyətlər”, “Böyük verilənlərin idarəsi və tətbiqi”, “Verilənlərin Emalı və Verilənlər Mühəndisliyi”, “Kommunikasiya, şəbəkə və avadanlıq”, “Biznes, idarəetmə və iqtisadiyyatda İKT”, “Dövlət xidmətlərində İKT”, “Elm, təhsil, sosial və humanitar tədqiqatlarda İKT”, “Tibb və səhiyyədə İKT” bölmələri üzrə müzakirələr aparılacaq. 

27 MART - AZƏRBAYCANDA ELM GÜNÜDÜR
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
"İNFORMASİYA TEXNOLOGİYALARI"
NƏŞRİYYATI
ELMİ JURNALLAR
İNFORMATİKA TERMİNLƏRİNİN
İZAHLI LÜĞƏTİ
İnformatika Terminlərinin İzahlı Lüğəti