“Təhlükəsizlik və İdarəetmə” beynəlxalq konfransı keçiriləcək 13.02.2019    10:00

29 iyul – 1 avqust 2019-cu il tarixlərində ABŞ-ın Las-Veqas şəhərində “Təhlükəsizlik və İdarəetmə” beynəlxalq konfransı keçiriləcək.

Konfransın əsas məqsədi kompüter və şəbəkə təhlükəsizliyi üzrə fəaliyyət göstərən mütəxəssisləri və istifadəçiləri informasiya təhlükəsizliyinin müxtəlif aspektləri üzrə innovativ ideyaların araşdırılması və təcrübə mübadiləsinin aparılması üçün bir araya toplamaqdır.

Konfrans kriptoqrafik texnologiyalar, təhlükəsizlik tətbiqləri, informasiya təhlükəsizliyi, şəbəkə təhlükəsizliyi, kompüter təhlükəsizliyi, təhlükəsizliyin idarə olunması, biometrika istiqamətlərini əhatə edəcək.

Məqalələr 26 mart 2019-cu il tarixinədək qəbul olunur.

Konfrans haqqında ətraflı məlumatı sam.udmercy.edu saytından əldə etmək mümkündür.

Qeyd edək ki, tədbir çərçivəsində “workshop”un keçirilməsi nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

27 MART - AZƏRBAYCANDA ELM GÜNÜDÜR
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
"İNFORMASİYA TEXNOLOGİYALARI"
NƏŞRİYYATI
ELMİ JURNALLAR
İNFORMATİKA TERMİNLƏRİNİN
İZAHLI LÜĞƏTİ
İnformatika Terminlərinin İzahlı Lüğəti