“Tanınma – 2019” XV beynəlxalq konfransı keçiriləcək 21.01.2019    12:01

21-24 may 2019-cu il tarixlərində Rusiyanın Kursk şəhərində Cənub-qərbi Dövlət Universitetinin Hesablama texnikası kafedrası əsasında “Tanınma – 2019” XV beynəlxalq konfransı keçiriləcək.

Konfransın əsas istiqamətlərinə təsvirlərin emalı, analizi, tanınması və başa düşülməsinin riyazi nəzəriyyəsi, layihələndirmə və maşın görməsi sistemlərinin hesablanmasının əsasları, ixtisaslaşdırılmış hesablama vasitələri, obrazların tanınması və təsvirlərin işlənməsində paralel və paylanmış hesablamalar, optik-elektron sistemlərin tətbiqi ilə istehsal proseslərinin avtomatlaşdırılması, idarəedilməsi və s. daxildir.

Konfransa məqalələr 15 fevral 2019-cu il tarixinədək qəbul edilir.

Tədbir haqqında ətraflı məlumatı konfransın rəsmi saytından əldə etmək mümkündür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

AzTV, "Elm və İnnovasiya" verilişi, (55-ci buraxılış)
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR