Elmin İnkişafı Fondu 9-cu “Mobillik qrantı” müsabiqəsini elan edir 03.01.2019    16:24

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu 9-cu “Mobillik qrantı” müsabiqəsini elan edir.

Müsabiqənin məqsədi təbiət, dəqiq, texniki, humanitar və ictimai elmlər sahəsində elmi-tədqiqat işləri ilə məşğul olan alimlərin fəaliyyətini stimullaşdırmaq, onlara xaricdə elmi tədbirlərdə və qısamüddətli təcrübəkeçmədə iştirak, Azərbaycanda alınmış elmi nəticələrin tanıdılması, təcrübə mübadiləsi və yeni əlaqələrin qurulması imkanının yaradılmasıdır.

Müsabiqədə iştirak etmək üçün layihələr 2019-cu il yanvarın 7-dən qəbul olunacaq. Layihələrin onlayn qəbulu fevralın 28-nə, çap versiyasının qəbulu isə martın 1-i saat 17.00-a qədər aparılacaq. Müsabiqəyə yalnız 2019-cu il 1 may – 15 iyun  və 1 sentyabr – 30 noyabr tarixləri arasında xaricdə keçiriləcək beynəlxalq elmi tədbirlərdə və qısamüddətli elmi təcrübəkeçmə proqramlarında iştirak etmək istəyən şəxslər sənədlərini təqdim edə bilərlər.

Müsabiqənin nəticələri 2019-cu ilin mart-aprel aylarında açıqlanacaq.

Bu müsabiqəyə layihələr yalnız Elmin İnkişafı Fondunun yaratdığı innovativ texnologiya olan “e-QRANT” (Qrant layihələrinin Elektron İdarəolunması Sistemi, e-grant.sdf.gov.az) vasitəsilə təqdim edilə bilər. Bu sistem elektron hökumət prinsipləri əsasında qurulub və “ASAN imza”dan istifadəni nəzərdə tutur.

Layihələrin qəbulu üçün nəzərdə tutulmuş müddət ərzində qrant iddiaçılarına kömək məqsədilə məsləhət seminarları keçiriləcək. Bu barədə əlavə məlumat fondun rəsmi veb-saytında dərc olunacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

20 Yanvar - Ümumxalq Hüzn Günü
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR