Big Data xidməti və tətbiqetmələri üzrə V beynəlxalq konfrans keçiriləcək 07.12.2018    12:18

4-9 aprel 2019-cu il tarixlərində ABŞ-ın San-Fransisko şəhərində IEEE tərəfindən təşkil olunan “Big Data xidməti və tətbiqetmələri” – “IEEE Big Data Service 2019” keçiriləcək. Tədbir tədqiqatçılara innovativ ideyalar, tədqiqatların son nəticələri və təcrübə mübadiləsi üçün imkan yaradan forumdur. Konfransın əsas hədəflərinə səhiyyə, biznes və maliyyə, təhsil, sosial şəbəkələr və media, şəhər və ətraf mühit, sensorlar və Əşyaların İnterneti kimi müxtəlif sahələrdə Big Data tətbiqetmələri, eləcə də böyük məlumat xidmətlərinin texnoloji aspektləri daxildir.

big-dataservice.net saytının məlumatına görə, böyük məlumat bazası; böyük məlumatlar üçün əsaslı nəzəri və hesablama modelləri; böyük məlumatlar üçün proqramlaşdırma modelləri, nəzəriyyələr və alqoritmlər; böyük məlumatlar üçün standartlar, protokollar və keyfiyyət təminatı; innovativ Big Data platformaları; böyük məlumatların emalı texnologiyaları; böyük məlumat xidmətləri və tətbiqetmələrinin inkişaf metodları və alətləri; böyük məlumatların keyfiyyətinin qiymətləndirilməsi texnologiyaları; Big Data sisteminin etibarlılığı; Big Data analitikası və xidmətləri; böyük məlumatların axtarışı, analitikası və vizualizasiyası üçün alqoritmlər və sistemlər; böyük məlumatlar üçün süni intellekt; Əşyaların İnterneti; “ağıllı” şəhər; səhiyyə üçün Big Data xidməti və tətbiqetmələri və s. konfransın əsas mövzularını əhatə edir.

Qeyd edək ki, konfransa məqalələr 14 dekabr 2018-ci il tarixinədək qəbul edilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

27 MART - AZƏRBAYCANDA ELM GÜNÜDÜR
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
"İNFORMASİYA TEXNOLOGİYALARI"
NƏŞRİYYATI
ELMİ JURNALLAR
İNFORMATİKA TERMİNLƏRİNİN
İZAHLI LÜĞƏTİ
İnformatika Terminlərinin İzahlı Lüğəti