İnformasiya sistemləri və texnologiyaları üzrə 7-ci beynəlxalq konfrans keçiriləcək 14.11.2018    15:19

16-19 aprel 2019-cu il tarixlərində İspaniyanın La Toja adasında yerləşən Qalisiya vilayətində İnformasiya sistemləri və texnologiyaları üzrə 7-ci beynəlxalq konfrans – “The WorldCist'19” keçiriləcək. Tədbir tədqiqatçılara informasiya sistemləri və texnologiyaları sahəsində ən son yeniliklər, tendensiyalar və nəticələrin təqdim edilməsi, problemlərin müzakirəsi və təcrübə mübadiləsi üçün imkan yaradan qlobal forumdur.

worldcist.org saytının məlumatına görə, informasiya və biliyin idarə edilməsi; təşkilati modellər və informasiya sistemləri; proqram təminatı və sistem modelləşdirilməsi; proqram sistemləri, arxitektur, proqramlar və alətlər; multimedia sistemləri və proqramlar; kompüter şəbəkələri, mobillik və yayılma sistemləri; intellektual sistemlər və qərarların qəbulunun dəstəklənməsi sistemləri; Big Data analitikası və proqramlar; insan-kompüter qarşılıqlı əlaqəsi; etika, kompüterlər və təhlükəsizlik; səhiyyə informatikası; təhsildə informasiya texnologiyaları; radiokommunikasiyada informasiya texnologiyaları; biotibbi proqramlar üçün texnologiyalar konfransın əsas mövzularını əhatə edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

27 MART - AZƏRBAYCANDA ELM GÜNÜDÜR
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
"İNFORMASİYA TEXNOLOGİYALARI"
NƏŞRİYYATI
ELMİ JURNALLAR
İNFORMATİKA TERMİNLƏRİNİN
İZAHLI LÜĞƏTİ
İnformatika Terminlərinin İzahlı Lüğəti