İnformasiya və Proqram Təminatı Texnologiyaları üzrə 25-ci beynəlxalq konfrans keçiriləcək 22.10.2018    10:59

4-6 oktyabr 2019-cu il tarixlərində Litvanın Vilnüs şəhərində İnformasiya və Proqram Təminatı Texnologiyaları üzrə 25-ci beynəlxalq konfrans (25th International Conference on Information and Software Technologies (ICIST 2019) keçiriləcək.

Kaunas Texnologiya Universiteti tərəfindən təşkil olunan tədbirin əsas istiqamətlərinə informasiya sistemlərinin inkişaf metodologiyası, konseptual modelləşdirmə, qərarların qəbulunu dəstəkləyən sistemlər, data mining, informasiya sistemlərinin keyfiyyəti, eləcə də proqram təminatı və sistem metodologiyası, bulud hesablamaları, simsiz və mobil tətbiqlər, e-dövlət, Əşyaların İnterneti və s. daxildir.

Konfransa məqalələr 23 mart 2019-cu il tarixinədək qəbul edilir. Təqdim olunmuş məqalələr “Springer” nəşriyyatı tərəfindən nəşr olunacaq və “Web of Science, “Scopus” bazalarında indeksləşəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

27 MART - AZƏRBAYCANDA ELM GÜNÜDÜR
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
"İNFORMASİYA TEXNOLOGİYALARI"
NƏŞRİYYATI
ELMİ JURNALLAR
İNFORMATİKA TERMİNLƏRİNİN
İZAHLI LÜĞƏTİ
İnformatika Terminlərinin İzahlı Lüğəti