“İnformasiya təhlükəsizliyinin aktual multidissiplinar elmi-praktiki problemləri” IV respublika konfransı keçiriləcək 16.10.2018    10:13

14 dekabr 2018-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti və AMEA İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə “İnformasiya təhlükəsizliyinin aktual multidissiplinar elmi-praktiki problemləri” IV respublika konfransı keçiriləcək.

 Konfransın istiqamətləri:

  • İnformasiya təhlükəsizliyinin multidissiplinar humanitar problemləri
  • Qlobal informasiya məkanında dövlətlərin informasiya suverenliyi problemləri
  • Sosial media və informasiya təhlükəsizliyi
  • E-dövlətin informasiya təhlükəsizliyi problemləri
  • Milli informasiya təhlükəsizliyi sisteminin formalaşdırılması problemləri
  • İnformasiya təhlükəsizliyi sahəsində koordinasiya problemləri
  • E-xidmətlərin və e-kommersiyanın informasiya təhlükəsizliyi
  • Fərdi məlumatların mühafizəsi: hüquqi problemlər və yeni texnoloji həlllər
  • Şəbəkə və kommunikasiya sistemlərinin informasiya təhlükəsizliyi
  • Proqram mühəndisliyi: təhlükəsiz və etibarlı proqram sistemlərinin işlənməsi problemləri
  • Veb-sistemlərin təhlükəsizliyi
  • Bulud texnologiyalarının təhlükəsizliyi
  • Əşyaların İnterneti və informasiya təhlükəsizliyi
  • Kiber-fiziki sistemlərin informasiya təhlükəsizliyi
  • Big Data texnologiyalarının informasiya təhlükəsizliyi problemləri
  • Biometrik informasiya texnologiyaları
  • İnformasiya təhlükəsizliyi risklərinin və insidentlərinin idarə edilməsi problemləri
  • İnformasiya təhlükəsizliyi mədəniyyətinin formalaşdırılması problemləri
  • İnformasiya təhlükəsizliyi üzrə kadr hazırlığı 

Konfransa təqdim olunan məqalələrin tərtibatına dair tələblər:

Əvvəllər çap olunmamış və konfransın elmi istiqamətlərinə uyğun aktual elmi-praktiki problemlərə dair məqalələr qəbul olunur.

Məqalələr, həcmi 4 səhifədən (cədvəl, şəkil və ədəbiyyat daxil olmaqla) artıq olmamaq şərtilə, elektron şəkildə infosec@iit.science.az ünvanına təqdim edilməlidir.

Məqalədə məsələnin aktuallığı, qoyuluşu və onun həlli yolları, elmi yenilik və əldə olunmuş nəticələrin praktiki əhəmiyyəti əks olunmalıdır.

Məqalənin formatı konfrans məqalələri üçün IEEE standartına uyğun olmalıdır. Məqaləyə ingilis dilində müəllif(lər)in soyad(lar)ı, məqalənin adı və xülasəsi əlavə edilməlidir.

Konfrans üçün IEEE şablonunu buradan yükləmək olar: Sample_IEEE.doc.

IEEE şablonunun Azərbaycan dilinə tərcüməsi: Sample_AZ.doc.

Mühüm tarixlər

30 noyabr 2018-ci il – Məqalələrin təqdim edilməsinin son günü 

07 dekabr 2018-ci il – Məqalələrin qəbulu haqqında müəlliflərin məlumatlandırılmasının son günü

14 dekabr 2018-ci il – Konfransın günü

Əlaqə məlumatları:  

AMEA İnformasiya Texnologiyaları İnstitutu

Tel: (+994 12)539-01-67

       (+994 12) 510-42-53

E-poçt:  infosec@iit.science.az

Faks: (+994 12) 539-61-21

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.   

AzTV, "Elm və İnnovasiya" verilişi, (49-cu buraxılış)
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR