Bakıda E-ticarət bacarıqlarının inkişaf etdirilməsi üzrə master-klas keçiriləcək 19.09.2018    15:53

24-25 sentyabr 2018-ci il tarixində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü, Avropa İttifaqının və BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının dəstəyi ilə keçirilən Bakı Elektron Ticarət Forumu çərçivəsində tanınmış beynəlxalq ekspertlər tərəfindən “E-ticarət bacarıqlarının inkişaf etdirilməsi” üzrə master-klas təşkil olunacaq.

Nazirlikdən verilən məlumata görə, seminarda əsas məruzəçi qismində “Grow Global” kitabının müəllifi kimi tanınan böyük britaniyalı Sarah Karrol çıxış edəcək. İki gün davam edəcək foruma 300-dən artıq yerli və xarici iştirakçının qatılacağı gözlənilir.

Elektron ticarət dünyasının ən maraqlı beynəlxalq tədbirlərindən hesab olunan bu forumda beynəlxalq təşkilatlar, dövlət qurumları, kiçik və orta sahibkarlar, startaplar, icitmai təşkilatlar və investorlar da təmsil olunacaq.

Forum iştirakçıları elektron ticarət sahəsində zəngin təcrübəyə malik olan tanınmış spikerləri dinləmək, e-ticarət ilə bağlı təsəvvürü və bilik dairəsini genişləndirmək, habelə praktiki vərdişlərə yiyələnmək imkanı qazanacaq.

Master-klasda iştirak etmək üçün sentyabrın 21-i saat 16:00-dək Bakı Elektron Ticarət Forumunun Təşkilat Komitəsi ilə əlaqə saxlayaraq (info@bef2018.az, tel.: (012) 5391797) qeydiyyatdan keçmək tələb olunur.

27 MART - AZƏRBAYCANDA ELM GÜNÜDÜR
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
"İNFORMASİYA TEXNOLOGİYALARI"
NƏŞRİYYATI
ELMİ JURNALLAR
İNFORMATİKA TERMİNLƏRİNİN
İZAHLI LÜĞƏTİ
İnformatika Terminlərinin İzahlı Lüğəti